Planşeti uşaqdan almaq üçün 6 səbəb
Texnologiyanın
sürətlə inkişaf etdiyi dövrdə uşaqların əlində planşet, smartfon
görmək heç də təəccüblü deyil.
Təəssüf ki, valideynlər kiçik
yaşlardan uşaqların bu tip cihazlara öyrəşdirməyin nə qədər düzgün
olub-olmadığı haqda az düşünürlər. Əksəriyyətimiz belə hesab edir
ki, texnologiya həyatımızın bir hissəsidir və uşaqlar da bundan
istifadəni bilməli, geri qalmamalıdırlar.
Ancaq uşaq psixoloqları və
pediatrları bu fikirdə deyillər. Siz əlbəttə ki, uşağınıza sinif
yoldaşlarının qarşısında öyünsün deyə ən bahalı telefon ala
bilərsiniz, amma yaxşı olardı ki, ona sadə, sadəcə əlaqə saxlamaq
uçun telefon alasınız, bununla o heç də kimdənsə geri qalmayacaq.
Lap geri qalsa belə əvəzində digər sahələrdə daha yaxşı inkişaf
etmiş olacaq. Hər halda qeyd etdiyimiz bu məsələ elmi təcrübələrlə
əsaslanmışdır və Birləşmiş Ştatların ən məşhur uşaq həkimi Kris
Rouen bu fikri təsdiqləyir. O, müasir texnologiyanın (daha dəqiq
desək, planşetin, smartfonun və kompyuterin) uşaqların şəxsiyyətinə
təsirini araşdırır, yeni-yeni tədqiqatlar aparır, müxtəlif
sahələrdə uşaqlarla işləyən mütəxəssislərin fikirlərini toplayır.
K.Rouen apardığı tədqiqatlar nəticəsində bu tip cihazların uşaq
orqanizminə təsiri və onların hansı fəsadlara gətirib çıxarması
haqqında müəyyən qənaətə gəlmişdir. Onun əksgöstəricilər siyahısını
sizə təqdim edirik.
• Beynin düzgün işləməməsi
Doğulandan 21 yaşınadək insan beyni
həcmcə 3 dəfə böyüyür, xüsusən də balacalarda bu proses da intensiv
gedir. Bu böyümə ətraf-mühitdə olan qıcıqlandırıcı faktorlar
nəticəsində düzgün getməyə bilər. Elmi tədqiqatlar göstərmişdir ki,
uşaqların cihazlardan hədsiz çox istifadəsi onların beyin
inkişafını ləngidir, həyəcanlılıq və impulsivlilik hissini
artırır.
• Artıq çəki
Uşaq texnikaya nə qədər çox vaxt sərf
edirsə, demək o qədər də az hərəkət edir, bu da, erkən yaşlarda
getdikcə piylənmə ilə nəticələnən artıq çəkinin yaranmasına səbəb
olur. Nəticədə uşaqlarda şəkərli diabet, ürək çatışmazlığı və artıq
çəki ilə bağlı digər xəstəliklər əmələ gəlir.
•
Yuxusuzluq
Bəzi valideynər uşaqları planşetdə,
kompyuterdə nəyəsə baxa-baxa yatmağa qoyurlar. Alimlər sübut
etmişlər ki, elektron ekranların işıqları yuxunun gəlməsinə mane
olur. Nəinki uşaqlara, eləcə də böyüklərə yatmamışdan 1 saat əvvəl
elektron avadanlıqları söndürmək tövsiyə olunur. Əks halda yuxu
qısamüddətli və narahat olur.
• Diqqət pozuntusu
Elmi araşdırmalar nəticəsində sübut
ounmuşdur ki, 1-3 yaşdan etibarən intensiv surətdə televizora baxan
uşaqlar artıq 7 yaşında nəsə öyrənmək qabiliyyətini tamamən
itirirlər. Çünki televiziyada informasiya tez-tez dəyişir və bu
səbəbdən uşaqlar elementar bir məsələnin üzərində fikirlərini
cəmləyə bilmirlər.
• Aqressivlik
Heç kimə sirr deyil ki,
videooyunların əksəriyyəti mübarizə, dava-dalaş mövzusu üzərində
qurulub. Uşaq bu oyunları oynayanda onda qəddarlıq hissi yarana
bilər və o, problemlərini aqessiya vasitəsilə həll etməyin daha yol
verilən olduğnu düşünə bilər.
• Ünsiyyətin çətinləşməsi
Planşetdən, kompyuterdən başqa
"dostu" olmayan uşaqlar cəmiyyət arasında özünü rahat hiss etmir,
canlı ünsiyyətdən qaçır, insanlarla ünsiyyətə girmə qabiliyyətini
itirir, özünə qapanırlar. Bu da gələcək həyatında onlara çox böyük
maneçilik törədir.