Çayın içərisinə şəkər əvəzinə kərə yağı atın
16:27 / 30.04.2019
Türkiyəli professor Canan Karatay qeyri-adi
məsləhəti ilə hamının marağını cəlb edib.
Seminarda çıxış edən professor bildirib ki, yeməkdən sonra çay
içmək faydalı deyil.
"Yeməkdən sonra çay içmək, qidanın içərisindəki dəmiri yox edir,
əgər çay içmək mütləqdirsə, o zaman içərisinə şəkər əvəzinə kərə
yağı atın", - Karatay söyləyib.
Onun bu təklifi sosial medianın gündəminə düşüb.