1 may üçün ulduz falı
01
May 2019-cu il, Ulduz falı. Obyektiv zərurəti və bununla bağlı
nüansları nəzərə alın
Qoç - dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin.
Səbrli olun, sizi maraqlandıran prosesi sürətləndirmək üçün
müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.
Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı
anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə
fikir verin.
Gəzintiyə yollanmaq olar.
Buğa - illüziyalara aldanmayın, arzular aləmindən ayrılın. Praqmat
və realist olun. Yaxın ətrafınızdakı insanlarla razılığa yalnız
praktiki müstəvidə nail ola bilərsiniz. Cari tələbat çərçivəsindən
kənara çıxmayın. İnnovasiyaları müvəqqəti olaraq təxirə salın.
Günün ikinci yarısında cari məsələlərin həlli üçün sınanmış metodu
seçin. Kiçik işlər artacaq.
Dəyər verdiyiniz insanların davranışlarındakı dəyişikliklərə fikir
verin. Onları uca səslə müzakirə etməyin.
Əkizlər - günün ilk yarısında formalaşan şəraitdə mənasız
söhbətlərə, boş müzakirələrə qatılmayın. Faktları təxminlərdən və
ehtimallardan üstün tutun. Praktika nəzəriyyədən daha əfzəldir.
Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər,
yaxınlarınızla qarşılıqlı münasibətlərin nüansları ön plana
çıxacaq.
Günün ikinci yarısında fəaliyyətinizdə zəruri korrektələr aparın.
Ehtiyatlı olun, səhhətinizin qeydinə qalın.
Səslənən təklifləri dəyərləndirmədən qərar verməyin. Axşam
saatlarında normal istirahət üçün yaranmış şəraitdən istifadə
edin.
Xərçəng - yaranmış situasiyaya uyğun hərəkət edin. Gün ərzində
qəfil, gözlənilməz hadisələr baş verə bilər. Qonşular, həmkarlar,
qohumlar arasında bir və ya bir neçə şəxsin qəribə davranışları
istisna deyil. Alınan məlumatları kritik təhlilə uğradın. Əks
təqdirdə məlumatları tərsinə anlaya bilərsiniz.
Günün ikinci yarısında aşkar və ya mübhəm intriqalar başlanacaq.
Belə oyunlara qatılıb-qatılmayacağınıza qərar verin.
Ehtiyatlı olun. Tərəfdaş münasibətlərini praktiki zəmində qurun.
Kiçik məsələlərdə qarşılıqlı yardımlaşmaya önəm verin.
Şir - yaşam tonusunuzun səviyyəsinin müvəqqəti olaraq aşağı düşməsi
ilə barışın. Emosional durumunuz qarşınıza qoyduğunuz məqsədə
çatmağa maneələr yarada bilər. Maliyyə problemlərinin həllinə,
mübadiləyə həddən ziyadə vaxt ayırmayın. Banklardan kredit
götürməyin. Alış-verişdə yalnız zəruri məhsulları və ya əşyanı
alın.
Günün ikinci yarısında planlarınızı reallıqla müqayisə edin.
Mənasız illüziyalara qapılmayın, səbəbsiz gözləntilərə aldanmayın.
Yaxın ətrafınızdakı insanlardan biri sizə yalan danışacaq,
arzulananı gerçəklik kimi qələmə verəcək.
Qız - günün ilk yarısında davranışınıza fikir verin. Xırdalıqları
nəzərdən qaçırmayın. Xasiyyətinizin ən pis yönlərini nümayiş
etdirərək sizdən narazı insanların sayını artırmayın. Belə davranış
işlərin gedişatını çətinləşdirəcək, mövcud münasibətlərdə risklər
yaradacaq. Qıcıqlı, hərdəmxəyal, aqressiv olsanız, yaxın
ətrafınızdakı insanların sizə mənfi münasibətinə
təəccüblənməyin.
Günün ikinci yarısında əlavə şübhələrə zəmin yaratmayın.
Problemlərin səbəbi peşəkar təcrübənin çatışmazlığıdırsa,
nöqsanları gizlətməyin. Çatışmazlıqları aradan qaldırın.
Tərəzi - günün ilk yarısında yaranan problemləri həll etmək üçün
səbrli olmalısınız. İrəliləmək üçün fəaliyyətin praktiki yönünə
önəm verin. Kiçik tapşırıqları yerinə yetirməklə də uğur qazana
bilərsiniz.
Mütəxəssislərin təkliflərindən yararlanın.
Günün ikinci yarısında müstəqil çalışsanız, daha yaxşıdır.
Münasibətlərdə qarışıqlıq yarana bilər. Yaxın ətrafınızdakı
insanlara yardım etmək istəyirsinizsə, onlara dəstək olun - bu
adamların işlərini görməyin. Tərəfdaşlıqda rolları dəqiq paylaşın.
Əks halda sizi zəif bilib çox işlədəcəklər.
Əqrəb - günün ilk yarısı məhsuldar olacaq. İndi gördüyünüz işlərin
sonuclarından az sonra perspektivdə yararlana bilərsiniz. İstənilən
təklifi tələsmədən, soyuqqanlı şəkildə nəzərdən keçirin. Prosesin
təfərrüatlarına varın.
Yeni, faydalı biliklər və məlumatlar əldə edin.
Günün ikinci yarısında ifrat ambisiyalar önəmli təfərrüatları
görməyə mane olacaq.
Dostların, qohumların, sizi sevənlərin tənqidlərinə ifrat sərt
reaksiya verməyin.
Münasibətlərdəki çətinlikləri aradan qaldırın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz
də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət
müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi
alınmasa da, sönük deyil.
Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil.
Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər
olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş
addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir
verməyin.
Oğlaq - günün ilk yarısı əlverişlidir. Tətbiqi problemlərin həllinə
üstünlük verin. Çətinliklərdən çıxış yolunu arayarkən təcrübənizdən
yararlanın. Yeni situasiyalarda intuisiyanız dadınıza çatacaq.
Günün ikinci yarısında sərvaxt olun, ani hisslərin təsiri altına
düşməyin. İmkan varsa, dünyagörüşünüzü genişləndirin, məlumat və
informasiyaları artırın. Maraqlı, qeryi-ordinar detalları diqqətdən
qaçırmayın.
Yeni tərəfdaşla məhsuldar əməkdaşlıq istisna deyil.
Dolça - diqqətli olun, təfərrüatlara və ilk baxışdan mənasız təsir
bağışlayan detallara fikir verin. İşinizi yarımçıq qoymayın.
Obyektiv zərurəti və bununla bağlı nüansları nəzərə alın.
Texnologiya və metodologiya ilə bağlı məsələlər ön plana çıxa
bilər.
Günün ikinci yarısında işgüzar əlaqələr və təmaslar ciddi rol
oynayacaq. İşlərinizi yüksək keyfiyyətlə görmək istəyirsinizsə,
yardımçıların dəstəyindən yararlanın.
Bütün işləri özünüz görsəniz də olar.
Balıqlar - yeni tərəfdaşlar və şəriklərin seçilməsi, genişmiqyaslı
layihənin müzakirəsi üçün əlverişli zaman deyil. Potensial
tərəfdaşları sınayın. Seçim yoxdursa, danışıqlar apardığınız insanı
diqqətlə müşahidə edin
Günün ikinci yarısında izahı çətin antipatiya yarana bilər. Zəif
yönlərinizi nəzərdən keçirin, irəliləməyə çalışın.