Səhər yeməyində vacib olan qidalar
Məşhur Yapon alimi Katsudzo Nişi deyir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyan əsas amildir. Buna görə də nahar və axşam yeməklərindən vacib sayılır.

Mütəxəxssislərin məsləhəti belədir: səhər yeməyi keyfiyyətli olmalıdır ki, gün ərzində əhval-ruhiyyənizi, enerjinizi təmin edə bilsin. Gəlin keyfiyyətli səhər qidaları ilə tanış olaq:

Yulaf

Qanda xolesterinin miqdarını aşağı salır, qana omeqa-3, fol turşusu və kalium ötürür. Yulafı hazırlayarkən əlavə rəngli, meyvəlivə ya şəkərli olanını almayın. Ən yaxşısı adi yulafdır. Qaynar suya və ya südə tökün üzərinə meyvə, yaxud meyvə quruları (zövqə görə), çərəz əlavə edib 20 dəqiqə ağzı örtülü halda saxlayın. Sonra üzərinə bal əlavə edib nuş edin.

Təzə süzmə

Yəni bu gün süzülmüş süzmə (satışdakı nəzərdə tutulmur) götürülür, zövqünüzə görə, meyvə, yaxud kişmiş, ərik qurusu, əncir, badam xırdalanıb qatılır, şirin olması üçün 1 ç.q bal əlavə edilir.

Cücərmiş buğda

2 x.q cücərmiş buğda gündəlik 15%E vitamini və 10% fol turşusu balansını ödəyir. Tək halda buğda cücərtisini yeyə bilmirsinizsə, bunu qatığa, süzməyə, sıyığa, kokteylə və başqa qidalara qatıb yeyə bilərsiniz.

Qreyfrut

Qanda şəkərin, insulinin qalxmasının qarşını alır. Antioksidant təsiri ilə orqanizmin immun sistemini qoruyur. Qaymaq, qatıq, yumurta ilə qatıb yeyə bilərsiniz.

Banan

Bu meyvə çox yağlı və faydalı maddələrlə, proteinlə zəngindir. Bananı xırdalayıb sıyığa şəkər əvəzinə tökmək olar. Həmçinin bananın tərkibindəki kalium orqanizmdə təzyiqi aşağa salmağa kömək edir.

Yumurta

Yumurta əvvəllər yüksək xolesterin yaradıcısı kimi yeməklər siyasından çıxmışdı. Yumurta təbii olduğu üçün tərkibindəki xolesterin ürək-damar sisteminə düşünülən qədər təsir etmir. Tərkibindəki zülal və D vitamininə görə yenidən əsas qida siyahısına salınılb.

Badam yağı

Bu məhsul süd və yumurtanın tərkibindəki zülalı əvəzləyə bilir. Yəni süd və yumurta istifadə etməyənlər asanlıqla badam yağından istifadə edə bilər. Meyvənin üzərinə 1ç.q töküb yemək məsləhətlidir.
Print
თეგები: Marneulifm Marneuli