Bildirçin yumurtasının FAYDALARI
10:13 / 02.05.2019
Toyuq yumurtasından nisbətən kiçik , qida dəyəri
daha zəngin olan bildirçin yumurtası, bu xüsusilə körpənin
qidalanmasında üstünlük verilən bir yumurta növüdür. Sarısında olan
zülal ana südündəki zülala bərabər xüsusiyyəti daşıyan yeganə qida
olan bildirçin yumurtası, dünyanın bir çox ölkəsində təbii bir
müalicə üsulu olaraq üstünlük təşkil edir.
Bildirçin yumurtasında olan vitamin və minerallar
hansılardır?
Toyuq yumurtası, hindquşu yumurtası, qaz yumurtası və ördək
yumurtası kimi yumurta növlərindən daha çox vitamin və mineral
ehtiva edən bildirçin yumurtası, bol miqdarda A, E, B 12 vitamini,
riboflavin, folat və pantotenik turşusu daxildir. Kalsium, dəmir,
maqnezium, fosfor, kalium, natrium, sink və selenyum bildirçin
yumurtasında olan mineral növləridir.
Bildirçin yumurtasının faydaları nələrdir?
Öskürək, asma, bronxit, mədə və döş xəstəliklərinin müalicəsində
istifadə edilən təbii antibiotikdir.
Qan azlığı və anemiya xəstəliyinə yaxşı təsir edir.
Ürək əzələlərini gücləndirir və ürək xəstəliklərinə tutulma riskini
azaldır.
Uşaqların fiziki və zehni inkişaflarının artırılmasını və
iştahlarının açılmasına köməkçi olan bildirçin yumurtası, daşıdığı
amin turşusu ilə də uşaqların immunitet sistemini gücləndirir.
Cinsi gücü arttırır
İnsan bədəninə güc verərək əməliyyat yaralarının tez bir zamanda
yaxşılaşmasına köməkçi olur.
Bildirçin yumurtasının zərərləri nələrdir?
Körpələrin inkişafı üçün istifadə edilən bildirçin yumurtası
həkimlə məsləhətləşmədən verilməməlidir, çünki uşağın böyrəklərinə
yüklənməsinə səbəb ola bilər. İntensiv şəkildə bildirçin yumurtası
yeyən uşaqlarda erkən yetişkinlik baş verir. Daha əvvəl ürək
problemləri olan və ya yüksək xolesterin şikayəti olan insanlarda
mənfi təsirləri ola bilər. Bu səbəblə bildirçin yumurtası istifadə
edərkən mütləq mütəxəssislərə məsləhət edilməlidir.
Bildirçin yumurtası necə bişirilir?
Adətən çiy olaraq istifadə edilən bildirçin yumurtası soyutma
edərək və ya tavada yağda bişirilir. Ancaq bildirçin yumurtasının
çiy olaraq istifadə edilməsi təklif edilir. Çox kiçik olduğundan
digər yumurtalar kimi asan qırılmır, ortasından bıçaq ilə kəsərək
və əl köməyi ilə qırmaq mümkündür.