3 may üçün ulduz falı
03
May 2019-cu il, Ulduz falı. Peşəkar məsələlər xeyli güc tələb
edir
Qoç - Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana
bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru
gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir
şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin
üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza
güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar
edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür.
İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi
tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar
qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə
böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür.
Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün
ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli
sevinəcəksiniz.
Əkizlər - Bu gün öz işlərinizi bir kənara qoyub, başqalarının
maraqlarını müdafiə edəcək, ətrafınızdakıları sevindirəcəksiniz.
Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışmayacaq,
odur ki, insanlara yardım etmək həvəsinizi boğmayın. Peşəkar
əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş ortaqlarınızla
görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı təkliflər
edəcəklər.
Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun.
Bir qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın
əhatəsində gözəl vaxt keçirə bilərsiniz.
Xərçəng - Ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun
sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz.
Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu
tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə
də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata
bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz
barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin -
bu yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu
alış-veriş edə bilərsiniz.
Şir - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin
həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza
gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar
yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə
məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini
dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə
dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Qız - Düzgün yanaşma sayəsində bir çox problemləri həll etmək
mümkün olacaq. Başqalarının əhəmiyyət vermədikləri faktları, bütün
işin gedişatına təsir edə biləcək xırda detalları vaxtında görür və
düzgün qiymətləndirirsiniz. Ətrafınızdakılara kömək edin -
başqaları üçün etdikləriniz özünüzə də xeyirlidir.
Birlikdə oxuduğunuz, yaxud hansısa layihə üzərində işlədiyiniz
insanlarla ünsiyyət qurun. Eksperimentlər, ağıllı risk məsləhətdir.
Bu gün başlanan eşq macərası başgicəlləndirici olacaq.
Tərəzi - Kölgədə qalmağa can atmayın: bu gün nə qədər çox diqqət
cəlb etsəniz, bir o qədər yaxşıdır (özü də tək sizin üçün deyil).
Nüfuzlu şəxslərlə danışıqlar aparmaq, investor və ya hami axtarmaq
olar. Yeni başlanan işgüzar əlaqələr, sizin istəyiniz olarsa,
dostluğa, yaxud sevgiyə çevrilə bilər.
Pul ala bilərsiniz, bu, mükafat, yaxud həvəsləndirmə ola bilər.
Pulları sərf etməyə tələsməyin: tezliklə vacib bir layihəni
gerçəkləşdirmək üçün pula ehtiyacınız olacaq.
Əqrəb - Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük
layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı
reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut
etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün
xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil.
Gənclərlə ünsiyyət faydalıdır - onların həyatsevərliyi və
nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq
macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin.
Oxatan - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması
üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial
sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada
bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə
çətinlik yaradacağından çəkinməyin.
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini
ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin
səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam
özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız
çatır.
Oğlaq - Məqsəd və prioritetlərinizi dəqiqləşdirmədən heç bir addım
atmayın. Xırdalıqlara çox vaxt sərf edir, vacib olanları isə
diqqətdən qaçırırsınız. Yeni, sizin üçün tanış olmayan sahəyə can
atırsınız, ancaq öncə başladığınız işləri bitirsəniz, daha yaxşı
olar.
Əməkdaşlıqla bağlı işgüzar danışıqların aparılması üçün münasib
gündür. Ancaq müqavilə imzalamağa tələsməyin, daha yaxşı şərtlərə
nail ola bilərsiniz. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər
gözlənilmir.
Dolça - Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa
yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa
da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu
əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan
bir neçə problemi həll edə bilərsiniz.
Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin
üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə
perspektivləri pis deyil.
Balıqlar - Mürəkkəb məsələlər həllini gözləyir, siz də tərəddüdsüz
bunları bir-bir aradan qaldırmağa girişirsiniz. Özünüzə inamınızın
əsası var - doğrudan da, indi hər şeyə qadirsiniz. Kənardan köməyə
ehtiyacınız yoxdur, amma bu gün sizə müstəqillik versələr, özünüzü
xoşbəxt sayarsınız. Kommersiya fəaliyyətində bəxtiniz
gətirəcək.
Yaxınlarınızla münasibətlərdə bəzən sərtlik göstərirsiniz. Bəzən
bu, incikliyə səbəb olsa da, ciddi münaqişə yaranmır. Bəzi hallarda
yumor hissi köməyinizə gəlir. Amma hərdən zarafatın heç yeri
olmur.