Bu gün ulduz falı nələr vəd edir?
07
May 2019-cu il, Ulduz falı. Bu gün baş tutacaq istənilən
tanışlıq sizə sərfəli olacaq
Qoç - bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq.
Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar
sizi himayə edir. İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada
qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya
bilər. Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi
həll etməyə razılaşacaq.
Gəlirləriniz arta bilər. Özünüz barədə çox yüksək fikirdə
olduğunuzdan, ətrafınızdakı insanlarla ünsiyyətdə təşəxxüslü
olmayın.
Güzəştlərə gedin, kompromis variantı ən yararsız çıxış yolu hesab
etməyin.
Buğa - bu gün müəyyən uğurlar olacaq, fəqət dönəm heç də yaxşı
deyil. Ətrafınızdakı insanlar sizə yanlış münasibət bəsləyəcək,
dəyərləndirmədə səhv edəcəklər. Kiməsə yardım etmək üçün əldən
düşürsünüz, amma quru "sağ ol!" da eşitmirsiniz, doğrudurmu? Ruhdan
düşməyin, Allah sizə yar olacaq. Dostlar və ya qohumlarla
mübahisələrə şərait yaratmayın.
İşdə gündəlik, rutin tapşırıqların yerinə yetirilməsində müəyyən
üzücü ab-hava yarana bilər. Olsun - bu maneəni də nikbinliklə dəf
edin, "Bu da keçər!" deyib toxtayın. Ən mühüm və önəmlilərdən
savayı bütün işlərinizi günün ikinci yarısında təxirə salın.
Axşam saatlarında yaxşıca istirahət edin. Siz buna layiqsiniz.
Yaşca sizdən kiçik şəxslərlə mübahisə etməyin.
Əkizlər - kiçik problemlər, yaxın ətrafınızdakı insanlarla fikir
ayrılıqları günü yorucu, usandırıcı edəcək. Amma əsla təlaşa
düşməyin, narahat olmayın. Çətin anlarda sizə dəstək verəcək, kömək
edəcək insan yanınızda olacaq. O, sizin üçün nikbinlik mənbəyinə
çevriləcək. Bu gün tək işləyin, problemlərinizi təkbaşına həll edin
və çalışın. İşdə zəhmətkeş, əməksevər olun.
Uzunmüddətli layihələr, müqavilələr və ya sənədləri imzalamayın.
Əks cinsin mənsubu ilə təmaslarınızda sözlərinizi yüz ölçüb, bir
biçin. Yalnız belə olan təqdirdə həmin adamın ürəyinə tam hakim ola
bilərsiniz. Günün ikinci yarısını və ya axşam saatlarını laqeyd
yanaşmadığınız insanla keçirin.
Xərçəng - hazır olun, sizi çox mürəkkəb, qarışıq, təlatümlü gün
gözləyir. Anın hökmünə əsaslanaraq qərar verməyin, emosiyaların
köləsi olmayın. Sonradan peşmançılıq hissi yaradacaq hərəkətlərə
yol verməyin. İşdə həmkarlarınız və rəhbərliklə mübahislər, evdə
isə sizə çox əziz insanla fikir ayrılığı yaşana bilər. Hər şeyin
siz deyən kimi olmasını istəyirsiniz,
Fəqət anlayın: indi, bu gün istəklərinizin reallaşması mümkün
deyil. Yolda, ictimai nəqliyyatda ehtiyatlı olun, adamların az
olduğu yerlərdə dolaşmaqdan zövq almayın. Şübhəli, tanımadığınız
insanlara etibar etməyin. Maliyyə itkiləri ola bilər, amma
xərcləriniz böyük məbləğdə olmayacaq. Yeni işə və ya layihəyə
başlamaq üçün uğurlu gün deyil.
Şir - günün əksər hissəsi sakit keçəcək. Ciddi problemlər və
həyəcanlar olmayacaq. Digər tərəfdən, əhəmiyyətli uğur və ya
irəliləyişə də ümid etməyin. Yeni işə başlasanız, gecikmələrə və
təxirə salınmalara hazır olun. İşin nəticəsi dərhal özünü büruzə
verməyəcək. Günün ikinci yarısı ailə üzvlərindən birinin
problemlərinin həllinə sərf oluna bilər. Yaşlı qohumlarınız sizdən
yardım gözləyirlər. Bu səbəbdən də ev işləri düşündüyünüzdən artıq
vaxt apara bilər. Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər.
Birgə qurduğunuz planlara müəyyən dəyişikliklər etmək məcburiyyəti
yarana bilər. Axşam saatlarında könül sındırmaq əvəzinə, könül
alın.
Qız - yaşananlara və baş verənlərə real nəzərlərlə baxın. Əks
təqdirdə, öz illüziyalarınızın qurbanına çevrilərək, sahildəki
qumsallıqda yaratdığı qum sarayının əbədi olduğunu düşünən
sadəlövhü xatırlada bilərsiniz. Ətrafınızdakı insanlarla
münasibətlərdə nələrisə dəyişmək fikrinə düşə bilərsiniz. Həmin
təmaslarda sizi sıxan məqamın məhz nə olduğunu anlamağa çalışmayın:
səhvə, kobud yanlışlığa yol verə bilərsiniz. Maliyyə durumunuz
birmənalı olmayacaq. İmkan və qüvvənizi olduğundan artıq
dəyərləndirərək yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. İşdə
yoldaşlarınız və həmkarlarınıza olan tələbkarlığınız münaqişə
yaratmasın deyə, bir qədər həlim olun.
Tərəzi - bu gün laübəli və qarışıq təmayüllərin, mürəkkəb
hadisələrin təsirlərini hiss edəcəksiniz.
Yaradıcı yanaşma, qeyri-standart həll tələb edən işlərdə böyük uğur
mümkündür. Səliqə və detallara ifrat diqqət tələb edən işlərdən
yayınmayın. Onlar sizi yora bilər, amma unutmayın ki, həyat yalnız
əyləncə, istirahətdən ibarət deyil.
Hesablaşmalarda diqqətli olun. İşdəki smetanın və ya ailə
büdcəsinin hesablanmasında yanlışlışlara yol verməyin.
Yaşlı insanlarla ünsiyyətdə nəzakətli olun. Onların ən sərt
tənqidlərinə belə, dözün, cavab qaytarmayın, mübahisə etməyin.
Əqrəb - bu gün uğurlu və əlverişlidir. Sizin üçün çox mühüm sahədə
irəliləyişə nail ola bilərsiniz. Özü də uğurlar kiçik olmayacaq.
Seçdiyiniz yoldan sapmayın, başqalarının sizə mənfi təsir
göstərmələrinə imkan verməyin.
Yaxınlarınız, ailə üzvləriniz və ya qohumlarınızdan dəstəyi günün
ikinci yarısında alacaqsınız.
Lakin həmin vaxtadək problemlərin əksəriyyətini həll etməyə can
atın.
Oxatan - yaranmış situasiyanı emosional dəyrələndirməyin, hisslərə
qapılmayın. Belə olarsa, ciddi problemlərlə qarşılaşa bilərsiniz.
Mühüm işləri görün, dünən və ya daha əvvəl başladığınız işləri başa
vurmağa səy göstərin. Önəmli işləri təxirə salaraq əylənməyə,
istirahətə can atmayın. İşdəki vədlərinizi, evdəki öhdəliklərinizi
yada salın.
Oğlaq - bu gün ifrat dərəcədə impulsiv olmayın, qərarları tələsik
qəbul etməyin. Həmin qərarların perspektivdə pis nəticələri ola
bilər. İşdə həmkarlar və çalışdığınız bəzi insanlarla fikir
ayrılıqları, hətta mübahisə mümkün ola bilər.
Uzun zamandan bəri məhsuldar və sərfəli tərəfdaşlıq, yaxud da
əməkdaşlığa son qoyulması da mümkündür. İşdəki probelmləri evə
daşımayın, ailə üzvləri ilə səmimi, gülərüz olun, onların xətrinə
dəyməməyə çalışın. Hər şeyi söz etməyin, bəzi məsələlərə göz
yumun.
Dolça - bu gün bəzi çətinliklər və problemlər olsa da, müsbət
təmayüllər üstünlük təşkil edəcək. Bunu hiss edəcəksiniz.
İşdəki çətinliklər həll olunmaqla yanaşı, sizə yeni vəzifə təklifi
də mümkündür. Nüfuzlu şəxsin dəstəyini almaq imkanı yaranır. O,
ambisioz planlarınızın reallaşdırılmasında sizə yardımçı ola bilər.
İş haqqında həddən ziyadə düşünməyin. Əks təqdirdə sizə yaxın və
əziz olan insanlarla ünsiyyət üçün az vaxt qalacaq.
Balıqlar - intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza
qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən
gələcəksiniz. Gərəkli informasiyanı vaxtında xatırlayın, bu
məlumatı tətbiq etməyə çalışın.
Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı
dəstəkləyən insanlar olacaq.