İmsak və iftar üçün susuzluğu aradan qaldıran faydalı ərzaqlar
Ramazanın gəlişi ilə oruc tutanlar "İmsakda və
iftarda nə cür qidalanmalıyıq" suallarına cavab axtarır. Türkiyənin
Səhiyyə Nazirliyi Ramazan ayında orqanizmin sağlamlığı üçün faydalı
məhsulları açıqlayıb.
"Marneuli" radiosu Ramazan ayında orqanizmi tox saxlayan və su
ehtiyacını qarşılayan faydalı məhsulların adlarını açıqlayıb.
Su
Bədənin sağlam olması üçün ilk növbədə su ehtiyacını qarşılamaq
lazımdır. Ramazan ayında uzun müddət susuz qalmaq bəzi xəstəliklərə
yol aça bilər. Odur ki, mütəxəssislər imsakda və iftarda maye
miqdarı yüksək olan məhsullara daha çox yer verməklə meydana gələ
biləcək narahatlıqların qarşısını almağın mümkün olduğunu bildirib.
Bu ilki Ramazan ayı əvvəlki illərlə müqayisədə isti havalara
təsadüf etməsə də, ac və susuz qalma müddəti uzundur. Odur ki,
imsakda və iftarda su çox için.
Kefir
Kefir əsrlərdir su yanğısını yatıran içki məqsədi ilə istifadə
edilir. Tərkibindəki faydalı bakteriyalar mədə pozğunluğu və mədə
qıcqırmasına yaxşı təsir edir. İmsakda iki stəkan kefir içmək gün
ərzində yaranacaq susuzluğun qarşısını alır qaldırır. Kefir südlə
müqayisədə daha az bakteriyadan ibarətdir. Qandakı pis xolesterini
aşağı salaraq qan təzyiqini tənzimləyir. Beləliklə, ürək damar
xəstəliklərinin qarşısını alır. Aparılan araşdırmalarda məlum olub
ki, kefir böyrəküstü vəziləri hərəkətə gətirən təsirli vasitədir.
Bu sayədə bədənin maye ehtiyatı daim yenilənir.
Mövsüm meyvələri
Vitamin və mineral baxımından zəngin olan gilas, alça, çiyələk və
ərik kimi meyvələr bədənin su ehtiyacını qarşılayır və susuzluğu
aradan qaldırır. Bu meyvələrdən hazırlanan kompotları soyuq halda
içmək orqanizmin günlük su tələbatını artıqlaması ilə ödəyir.
Mütəxəssislər, bu meyvələrdən bişirilən kompotları imsakda və
iftarda bir kasa içməyi təklif edir.
Dovğa kimi soyuq xörəklər
sərinlədici və tox tutmaq xüsusiyyətlərə malikdir. İmsak üçün
xüsusilə uyğundur.
Xiyar
Xiyar 96 faiz mayedən ibarətdir. Ən yüksək maye miqdarına malik
olan bu tərəvəzdən gündə iki ədəd yemək orqanizmin gündəlik su
ehtiyacının 40 faizini ödəyir. Eyni zamanda xiyar C, K və B
vitaminləri baxımından zəngindir.
Kabaçki
Xiyardan sonra maye miqdarı yüksək olan qida kabaçkidir. Ancaq bu
tərəvəzin faydalarından yararlanmaq üçün qaynadılaraq yeyilməsi
lazımdır. Qızardılan kabaçki su miqdarını çox tez itirir.
Pomidor
Pomidorun da maye səviyyəsi yüksəkdir. Ancaq pomidorun tərkibində
turş maddələr daxildir. Odur ki, gün ərzində 2-3 ədəd pomidordan
çox yemək olmaz. Bundan başqa, pomidor tərkibindəki flavonid maddə
sayəsində antioksidant təsiri göstərərək orqanizmi xərçəng
hüceyrələrindən qoruyur.
Kahı
Kahı bədəndəki toksinləri təmizləməklə orqanizmin su ehtiyatının
tükənməsinin qarşısını alır. Mütəmadi olaraq kahı yemək orqanizmin
immunitetini gücləndirərək xəstəliklərə qarşı qalxan yaradır.
Çiyələk
C vitamini baxımından çox zəngin olan çiyələyin tərkibinin 90
faizini su təşkil edir. Ürək və damar xəstəliklərinin qarşısını
alır, infeksiyalarla mübarizə aparmağa kömək edir. Sellüloz isə
uzun müddət toxluq hissi yaradır.
Qovun
Qovunun da tərkibinin 90 faizini su təşkil edir. Kalium və C
vitamini sayəsində qan təzyiqini tənzimləyir, qəbizliyin qarşısını
alır və toxluq hissi verir.
Qarpız
Qarpızın 92 faizini su təşkil edir. Beta-karoten, likopen və C
vitamini baxımından da olduqca zəngin meyvədir. Tərkibindəki B
vitaminləri bədənin enerjisini qorumağa yardım edir. Qan dövranını
sürətləndirir və zərərli maddələri damarlardan təmizləyərək
xolesterin səviyyəsinin yüksəlməsini əngəlləyir. Ancaq yüksək
miqdarda şəkər ehtiva etdiyi də unudulmamalıdır.
Qarpız oruc tutan şəxslər üçün xüsusilə faydalıdır. Qarpız da,
qovun da oruc saatlarında orqanizmdə baş verən su və şəkər
itkisinin qarşısını alır.
Limon
Limonlu su susuzluğu uzun müddət yatıran təsirli içkidir.
Bibər
Bibər A və C vitamini anbarıdır. Tərkibinin 90 faizini su təşkil
edir. Tərkibindəki vitaminlərlə hüceyrələrin sağlam fəaliyyətini
təmin edir.