15 may üçün ulduz falı
15 May 2019-cu
il, Ulduz falı. Hadisələrin axarına süni müdaxilələr
etməyin.
Qoç - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin.
Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda
lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil
xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay
yaşanacaq.
Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz
məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda
yoxdur.
Buğa - şəxsi münasibətlər üçün birmənalı zaman deyil. İşgüzar
danışıqlarda sadəlövhlük yolverilməzdir. Hadisələrin istənilən
məcrada inkişafına hazır olun. Gərgin, çətin zamandır.
Günün ikinci yarısında yeni işlərə başlamağa tələsməyin. Çətin,
riskli işə başlamazdan əvvəl zəruri dəstəyi almağı unutmayın.
Yalnız bələd olduğunuz fəaliyyət növünü seçin.
Köhnə və sınanmış əlaqələri bərpa edin. Çoxdan gözlədiyiniz
məlumatı alacaqsınız. Axşam saatlarında stressdən qurtulun.
Əkizlər - günün ilk yarısında yeni layihəyə başlamaq olar. Diqqətli
və sayıq olun. Yarımçıq işləri başa vurmasanız, onlar əlavə yüklərə
çevriləcəklər.
Münasibətlərdə böhran yaşanır. Nəzərdə tutduğunuz məsələnin həllini
ertələməyin. Hadisələrin ritmi dəyişir. Situasiyaya uyğunlaşın.
Günün ikinci yarısında böyük ümidlər bəslədiyiniz planları daha
əlverişli zamanadək ertələyin. Yeni yanaşma, dərin təhlil tələb
edən işlərdə sərvaxt olun. Alınmayan, əvvəllər vaxt azlığından
problemin həlli üçün pis vaxt deyil.
Axşam saatlarında enerji səviyyəniz yüksək olacaq. Əlavə
motivasiyaya ehtiyac yoxdur.
Xərçəng - günün ilk yarısında əsəblər tarıma çəkiləcək.
Emosiyalarınıza hakim olun, hisslərə qapılmayın. Mühafizəkar,
retroqrad insanların təsirinə düşməyin. Fəaliyyətiniz təftiş və
təhlil tələb edir. Hesabatlarda dəqiq olun.
Borcları qaytarın, vədləri yerinə yetirin.
Günün ikinci yarısında yaşamızın müəyyən sahələrini qaydaya salın.
Əsas planın icrasına başlamaq olar.
Yaxınlarınıza qarşı sərt iradlar irəli sürməyin. Ən önəmli
məsələnin həllinə başlayın.
Səhhətinizin qeydinə qalın. Rasionunuza nəzarət edin. Yarımçıq işi
bitirin.
Şir - xoşagəlməz situasiyanı əvvəlcədən planlaşdırmağa çalışın.
Nəzərdə tutduğunuz işlərdə qəfil dəyişikliklər olacaq. Hisslərinizə
hakim olun, emosiyalara qapılaraq sonradan peşmançılıq hissi
yaradacaq addım atmayın. Dünən sizə maraqlı ətir bağışlayan adam bu
gün arxa plana düşə bilər.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Detalları və
təfərrüatları dəqiqləşdirməmiş yeni əməkdaşlığa başlamayın.
Təhlükəsizliyin təminatı detalların araşdırılması ilə bağlıdır.
Şəxsi münasibətlərdə sentimentallıq dövrü başlanır. Sevdiyiniz
insanla diqqətli, qayğıkeş olun. Axşam saatları romantik hisslər
istisna deyil.
Qız - stansionar proseslərdən uzaqlaşın, aktiv olun. Qəfil xəbərə,
uzaqdan gələn məlumata diqqət yetirin. İrəliyə doğru hərəkətinizə
mane olan, planlarınıza zərər verən nüansları müəyyənləşdirin.
Diqqət, sərrastlıq, dəqiqlik tələb edən işlərlə məşğul olun.
Sizi zinhara gətirən, artıq usandığınız məsələdə günün ikinci
yarısında ciddi dəyişikliklərə nail olmaq mümkündür. Qətiyyətli və
iradəli olun. Fikrinizi mənasız işlərə yayındırmayın.
Maraqlı ideyalar, tapıntılar istisna deyil. Başladığınız işləri
yarımçıq qoymayın.
Tərəzi - ehtiyatlı olun, bələd olmadığınız situasiyalarda özünüzü
itirməyin. Risk məsləhət deyil. Yalnız nəyisə düzəltmək, durumu
xilas etmək üçün avantüraya qapılmaq olar. Yaxınlarınızı diqqətsiz
qoymayın.
Soyuqqanlı, laqeyd, "balıq qanlı" adam təsiri bağışlamayın.
Günün ikinci yarısında məqsəd, maraq və ya hədə dəyişə bilər.
İndiyədək sizə cazibədar, maraqlı təsir bağışlayan işlərə pul
xərcləməyin. Alış-verişdə bədxərclik etməyin. Aradığınız əşyanı və
ya məhsulu bir qədər sonra daha ucuz qiymətə tapa bilərsiniz.
Axşam saatlarında şəxsi münasibətlərdə maraqlı rakurs yaranacaq.
Ötənlərdə yaşanmış hadisələrdən biri gündəmə gələcək.
Əqrəb - günün ilk yarısında işlərdə qarışıqlıq, laübə yaranacaq.
Nevroz durumlarda təmkinli olun. Ailə üzvlərinizdən birinin
problemi var. Yaxınlarınızla münaqişəli vəziyyət yaratmayın.
Situasiya stabil deyil. Nə isə dayanır, hansısa proseslərdə sədlər
və maneələr formalaşır. Bəzi işləri məcburiyyət qarşısında qalaraq
təxirə salmalı olursunuz.
Günün ikinci yarısında vəziyyəti normallaşdırmaq üçün ahəstə
şəkildə çalışın, tələsməyin. Alış-verişi, maliyyə əməliyyatlarını
ertələyin. Borc verməyin, borc almayın.
Maliyyə müstəvisində tərəfdaş və ya şəriklə qarşıdurma yaratmayın.
İnciklik olmasın deyə axşam saatlarında önəmli məsələ ilə bağlı
müzakirələrə başlamayın.
Oxatan - hadisələrin burulğanında mövqelərinizi itirmək
istəmirsinizsə, iradəli və qətiyyətli olun. Şərait sizdən bunu
tələb edir. İntuisiyanıza güvənin. Olayları diqqətlə müşahidə edin.
Yaşam sizə konkret siqnallar verir.
Günün ikinci yarısında çoxlu məlumatlar alacaqsınız. İnformasiya
bolluğu ləngimələr, təxirəsalmalar, qarışıqlıq yaratmamalıdır.
Gözləntilərinizdə yanıla bilərsiniz. Yarımçıq işləri
sıralamayın.
Yaxın ətrafınızdakı insanlardan birinin sizə deyiləsi sözləri var.
İtirilmiş mövqeləri qaytarmaq, zədələnmiş əlaqələri bərpa etmək
olar. Məsləhətləri dinləyin. Söhbət əsnasında uzun-uzadı
monoloqlardan çəkinin.
Axşam saatlarında nəyisə dəyişməyə, yeni layihənin icrasına
başlamağa tələsməyin. Alış-veriş üçün uğursuz zamandır.
Oğlaq - günün ilk yarısı situsiyada köklü dəyişikliklər və
paradoksal yenilənmələr ola bilər. Texnika ilə ehtiyatlı davranın.
Risk etməyin, münaqişələrə qatılmayın. Diqqətinizi indi maraqlı
təsir bağışlamasına rəğmən, ikinci dərəcəli məqamlara yönəltməyin.
Potensialınız zəngindir. Şanslardan yararlanın.
Günün ikinci yarısında sporadik problemlərin həllinə yetərincə vaxt
ayırın. Situasiyaya kəskin müdaxilə etməyin. Müvazinət dayanıqlı
deyil. Fəaliyyət prosesində çətinliklər yaranarsa, gərgin anın
bitməsini gözləyin. Mümkün qədər çox məlumat toplayın.
Dolça - günün ilk yarısı sakit, rəvan deyil. Müxtəlif xəbərlər və
təcili informasiyalar başqa günədək ertələdiyiniz məsələlərin
təcili həllini tələb edir. Yeni layihəni ən azı 3 həftə təxirə
salın.
Yanılmaq, səhv etmək riski az deyil. İlk baxışdan maraqlı, amma
bələd olmadığınız işlə məşğul olmayın. Düşünülməmiş addımlar
atmayın, tələsik qərar verməyin.
Günün ikinci yarısı maliyyə əməliyyatları, sərmayə, alınan
məlumatlardan dəyərləndirilmədən istifadə üçün münasib deyil.
Uzunmüddətli layihələrin taleyini həll etməyə çalışmayın.
Hadisələrin axarına süni müdaxilələr etməyin.
Balıqlar - nəzərdə tutulmamış, qəfil çətinliklərlə qarşılaşa
bilərsiniz. Planların həyata keçirilməsində problemlər yaranır,
maneə və sədlərin sayı artır. Perspektivlər dumanlı forma alır.
Səfər, layihə və ya yeni işi təxirə salın.