16 may üçün ulduz falı
Ulduz falı: gərəkli bildiyiniz vasitələrdən
istifadə edin
Qoç - günün ilk yarısında qeyri-adi işin, rutin olmayan tapşırığın
öhdəsindən gəlmək olar. Yorulmadan çalışa bilərsiniz. Qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün mümkün qədər fəal olun. Ciddi
məsələni qeyri-formal şəraitdə müzakirə etmək mümkündür. Avanqard,
novator olun.
Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Yeni
biznes-layihəyə başlamaq olar. Köhnə dostlar və həmfikirlərin
yardımları istisna deyil.
Savadsız, bacarıqsız insanların "məsləhət"lərinə qulaq asmayın.
Buğa - rahatlıq, istirahət, əyləncə barədə fikirləri təxirə salın.
Gəlirləri artırmaq şansları yaranır. Tələbatlar da çoxalır. Aktiv
və enerjili olsanız, məqsədə daha tez çatacaqsınız. Tənbəllik
etməyin.
Günün ikinci yarısında eyni vaxtda bir neçə işlə məşğul olmayın.
Ailə üzvləri qarşısında məsuliyyət daşıdığınızı unutmayın. Sifarişi
vaxtında yerinə yetirin, tapşırığı unutamyın.
Axşam saatlarına yaxın gərginlik artacaq. Şəxsi maraqlarınızı bir
müddətə unudun.
Əkizlər - öhdəliklər və vədləri yerinə yetirmək zamanıdır. Bunu
etməsəniz, kəskin mübahisə yarana bilər. Formallıqdan uzaq durun,
sərbəst və azad qrafiklə çalışın.
Ünsiyyətdə səmimi olun. Dəyər verdiyiniz insanların qayğısına
qalın.
Günün ikinci yarısında bütün enerjinizi işə sərf edin. Kollektiv
tədbirlər üçün münasib zamandır. Dünyagörüşünüzü artıra biləcək nə
varsa, xeyirdir. Novatorların ideyaları ilə tanış olun.
Layihələriniz barədə həmfikir olduğunuz insanlara da danışa
bilərsiniz.
Xərçəng - ənənəvi fəaliyyət metodları ilə artıq öyrəşdiyiniz
vasitələrin effektivliyi azala bilər. Yaxın ətrafınızdakı
insanların əhvalından xəbərdar olun.
Maddi imkanlarınız yol verərsə, yeni layihəyə başlaya
bilərsiniz.
Günün ikinci yarısında xərclər artacaq. Korporativ maraqlar şəxsi
istəkləri üstələyəcək və bununla barışmalı olacaqsınız. Gəlirlərin
artırılması üçün innovasiyalara, yeniliklərə ehtiyacınız var. Fərdi
potensialınızı göstərin. Təşəbbüskar olsanız, işdə rəhbərlik bunu
dəyərləndirəcək.
Şir - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən
qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün
yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün
münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra
bilər.
Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq,
yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş
edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə
təəssüflənməyəcəksiniz.
Qız - gərgin, amma maraqlı gün olacaq. İşlərin çox olması sizi
qorxutmasın. Ruhdan düşməyin. Dəf edilməsi mümkünsüz sədd və ya
maneə yoxdur. Əməyinizin nəticələrində maraqlı olun.
Həvəs və istəklə fəaliyyət göstərin.
Günün ikinci yarısında təcrübənizi artırın, faydalı biliklər və
informasiya əldə edin. Bacarıqlarınızdan danışmaqdan çəkinməyin.
Fərdi aktivliyi kollektiv əməklə uzlaşdırın. Texnika, elektronika,
biliklərin qeyri-ənənəvi sahələri ilə bağlı olan məqamlar
aktuallaşacaq. Eksperimentlərdən, innovasiyalı metodlardan
qorxmayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola
bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək
olduqca çətindir.
Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu
şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki,
onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir
qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz.
Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür.
Ehtiyatlı olun!
Əqrəb - gəlirlər və ümumiyyətlə, maddi məsələlər tərəfdaş, yaxud
şəriklə mübahisələr yarada bilər. Hər məqamda şəxsi rəğbət və ya
fərdi üstünlük amillərinə əsaslanmayın. Situasiyanı tələsmədən,
soyuqqanlı şəkildə təhlil edin.
Günün ikinci yarısında yeni texnika, unikal metoddan istifadə
gözləntilərinizin reallaşma sürəyini qısalda bilər. Mütəxəssislərlə
məsləhətləşməkdən çəkinməyin. Tənbəllik, süstlük, pərişanlıq zamanı
deyil.
Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirmək üçün əlinizdən
gələni edin.
Oxatan - ən yaşı məziyyətlərinizi nümayiş etdirin, aqressiv və sərt
olmayın. Əvvəlki uğurlarınızdan istifadə edərək yeni mərhələyə
keçidlə bağlı çətinlikləri mümkün qədər azaldın. Lazımi
informasiyanın axtarışı, təsir çevrəsinin genişləndirilməsi,
prioritetlərin yenidən müəyyənləşdirilməsi üçün əlverişli
zamandır.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanla
tanışlıq işinizə yarayacaq. Normal məsləhətləri qulaqardına
vurmayın. Yaşlı qohumların dediklərinə qulaq asın.
Ailə üzvləri ilə səmimi olun.
Oğlaq - maddi çətinliklərin və problemlərin sayı artır. Gəlirlərin
həcmi və maddi rifah durumunuz sizi təmin etmirsə, pul əldə etməyin
yeni yollarını arayın. Gəlirlərlə xərclər arasındakı balansı
qoruyun.
Günün ikinci yarısında yeni layihəyə başlasanız, ilk əvvəl
məsrəflər olacaq. Yaradıcılıq, ideyalar və təkliflər yeni gəlir
mənbəsinin aşkarlanmasına səbəbdir. Bilikləriniz və
bacarıqlarınızdan irəliləyiş üçün istifadə edin.
Pulun hər şeyi həll etmədiyini unutmayın.
Dolça - günün ilk yarısında işlərə enerji ilə başlayın, aktiv olun.
Əsas məsələni qoyub xırda məqamların həllinə izafi diqqət
ayırmayın. Sizi maraqlandıran işlə məşğul ola bilərsiniz. Yaxın
ətrafınızdakı insanlarla fəal əməkdaşlıq edin.
Kollektiv fəaliyyətdə tərəfdaş və ya dəyər verdiyiniz insanlara
qarşı çıxmayın. Ümumi idealı, maraqları nəzərə alın.
Günün ikinci yarısında konkret maddi stimulun peyda olması
nəticəsində rəqabət mübarizəsi kəskinləşə bilər. İmtiyazlarla
vədlərə və təkliflərə aldanmayın.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz
vasitələrdən istifadə edin.
Balıqlar - inadla və qətiyyətlə çalışsanız, fəaliyyətiniz yaxş
nəticələr verə bilər. Situasiyadakı dəyişiklikləri intuitiv olaraq
hiss edin. Fərqlərə bilavasitə dəlalət edən anlar və ya məqamlar
zəif olsa belə, diqqətli davranın.
Günün ikinci yarısında yaranan imkanlardan, şanslardan maksimum
dərəcədə istifadə edin. İşdə rəhbərliklə mübahisə etməyin. Bilik və
bacarıqlarınızın nümayişindən çəkinməyin.