Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii maskalar
Üz dərsinə qulluq xüsusən isti havalar da daha çox lazımdır. Kosmetik vasitələrdən istifadə etdikdən sonra hər birimiz ucuz və keyfiyyətli məhsul axtarışında oluruq. Lakin ucuz məhsul dəri üçün təhlükəlidir. Belə olduğu halda isə siz ev şəraitində daha əlverişli maskalar hazırlaya və gün ərzində istifadə edə bilərsiniz.

Həmin maskaların tərkibini və hazırlanma qaydasını sizə təqdim edirik.

Üz baxımı üçün çobanyastığı maskası

Tərkibi: Çobanyastığı bitkisi, su


Bir qədər çobanyastığı adi su ilə dəmlənir. Qaynayana qədər suda qalır və ilıq hala gələnə qədər gözlədilir. Daha sonra çobanyastığı süzülərək, əldə edilən su bir şüşə içərisinə alınaraq hər gün istifadə edilir. Çobanyastığı bitkisi təbii bir təmizləyici və məsamə daraldıcıdır.

Qeyd: Dərinizi təmizləmədən əvvəl, əsla maska tətbiq etməməlisiniz. Makiyaj qalıqlarını maskayla çıxarmaq heç doğru deyil. Makiyajın dəridən təmizlənə bilməsi üçün daha qüvvətli təmizləyiciyə ehtiyacınız vardır.



Tərkibi: Su, itburnu meyvələri

İtburnu bitkisinin məsamələri sıxlaşdırdığı bir həqiqətdir. Tərkibində olan maddələr sayəsində uzun və davamlı istifadə edildikdə, məsamələri təmizləyərək dartır. Tonik olaraq su və itburnu meyvələri bərabər miqdarda götürülərək qarışdırılır, dəmlənir. Dəmləndikdən sonra, bir şüşə qabda saxlamanız lazımdır. Bu qarışığı hər gecə yatarkən, pambığın köməyi ilə üzünüzə sürtməlisiniz. Üzünüzü bu qarışıq ilə sildiyinizdə pambığa gələn qalıqlar, dərinizdəki məsamələrdən çıxar və dəriniz təmizlənmiş, nəfəs almış olar.



"Marneuli" Radiosu
Print