Ən dadlı və ləzzətli giləmeyvələrdən biri olan
çiyələyin bəzi ziyanlı xüsusiyyətləri də
var.
Bu xüsusiyyətlərə görə bəzi insanlara çiyələkdən
imtina etmək və ya onun istehlakını minimuma (gün ərzində 1-2
giləmeyvə) azaltmaq lazımdır.
Hansı xəstəliklər və pozulmalar zamanı
çiyələk orqanizmə ziyan vura
bilər?
1. Çiyələk tez-tez allergiyaya səbəb olur.
2. Mədə və 12 barmaq bağırsağı xorası, qastrit,
qastroduodenit zamanı çiyələk insana ziyan vura bilər.
3. Çiyələk podaqra və oynaq xəstəliklərindən
əziyyət çəkənlər üçün ziyanlı sayılır.
4. Böyrək xəstəlikləri, iltihabları, böyrək daşı
xəstəliyi zamanı bu giləmeyvənin istehlakı arzuolunan deyil.
5. Mütəxəssislər kiçik yaşlı uşaqlara çiyələk
verməyi tövsiyə etmirlər. Həmçinin bu hamilə qadınlara da
aiddir.
Ümumiyyətlə hətta sağlam insan bir dəfəyə 100
qr-dan çox çiyələk yeməməlidir.
Çiyələyi soda əlavə olunmuş suda 15-20 dəqiqə
islatmaq və sonra axar suyun altında yaxşı yumaq lazımdır. Yalnız
bu halda çiyələyi pestisid, torpaq hissəcikləri, qurd yumurtaları
və s.-dan təmizləmək mümkündür.