Marneulidə gənclərin hazırladığı qısa metrajlı filmlərin təqdimatı keçirilib (VİDEO/FOTO)
Bu gün, 22 may tarixində Marneuli İctimai kitabxanasında "GİPA Medi Lab" ın gəclərlə görüşü keçirildi.

Görüş zamanı layihədə iştirak edən gənclərin aylardır üzərində çalışdıqları qısa metrajlı filmlərin təqdimatı keçirilib. Gənclər yaşadıqları kəndlərdə qarşılaşdıqları problemləri öz filmlərində əks etdiriblər. Onlar filmlərində erkən evlilik, qeyri-qanuni zibilliklər, nəqliyyat problemi və təhsil mövzularını işıqlandırıblar.

Təqdimatın sonunda 3 qrup tərəfindən fərqli mövzularda hazırlanan filmlər seçilərək gənclərə "GİPA"nın meneceri Nino Maxviladze tərəfindən planşet, smartfon, və sertifikat təqdim olunub.

Birinci yerin qalibi Xancığazlı, Kirəç Muğanlı və Aşağı Saral gəncləri tərəfindən hazırlanan "Qızsız sinif" adlı film olub, İkinci yerin qalibi Sadaxlı gənclərinin hazırladığı "Dostuma Məktub" adlı film və üçüncü yerdə Xuldarə kəndindən olan gənclərin hazırladığı"Qaraj" adlı film yer alıb.

Görüş zamanı "GİPA Media Lab" layihəsində iştirak edən gənclər, Gipanın nümayyəndələri, Sadaxlının deputatı Rövşən İsgəndərov, Mollaoğlu "Yeni Düşüncə İnstutu" mərkəzinin təsisçisi Kamran Əfəndiyev, "Marneuli" radiosunun direktoru Kamilla Məmmədova iştirak edirdilər.

Qeyd edək ki, "GİPA Media Lab" layihəsi avqust ayında başa çatır. Layihəyə aid olan texniki vasitələr gənclərin bir sonrakı proyektlərdə istifadə etmələri üçün  "Marneuli" radiosunda və eyni zamanda Mollaoğlu kəndində "Yeni Düşüncə İnstutu" mərkəzində saxlanılacaq.

Görüş zamanı "Marneuli" radiosu "GİPA Media Lab" layihəsində iştirak edən gənclərə hazırladıqları proyektləri Marneulifm.ge səyfəsində paylaşmalarını təklif etdi.

Xatırladaq ki, "Gipa Media Lab" layihəsi eyni zamanda ucqar bölgələrdə yaşayan şagirdlər üçün ödənişsiz təhsil imkanları yaradır. 2017-ci ildə Səma Həsənova və Namiq Abdullayev "Gipa Media Lab" layihəsinə qoşularaq GİPA-da ödənişsiz bakalavr təhsili almaq imkanı qazanıblar. Aşağı Saral kəndinin şagirdi Əziz Qəniyev və Əli Qəniyev isə hazırladığı “Aşağı Saral kəndində gənc olmaq” filmi Moldovada təşkil edilən "ADAMI Media Prize 2018" mükafatına layiq görülmüşdü.


"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print
თეგები: Marneulifm Marneuli