4 yaşlı Algetili Novruz Mərdanovun xəstəliyini təyin etmək üçün maddi köməyə ehtiyacı var
Novruz Mərdanovun 4 yaşı var və o, Algeti uşaq bağçasına gedir. Novruzun səhhətində yaranan problemlərə görə vəziyyəti ağırdır.

Ailənin maddi durumu zəif olduğundan onun hansı xəstəlikdən əziyyət çəkdiyi valideynlərinə məlum deyil. O, tez bir zamanda həkimə getməli və müayinədən keçərək düzgün bir şəkildə müalicə olunmalıdır. Bu gün, 23 may tarixində Marneulinin yeni meri Zaur Darğallı və yoldaşı Rena Nurməmmədova Novruzun valideynləri ilə görüşüb və onun vəziyyəti ilə maraqlanıb. Bu haqqda Darğallı öz facebook səhifəsində paylaşım edərək insanlardan N.Mərdanova yardım etmələrini xahiş edib.

Novruz Mərdanovun xəstəliyinin səbəbi və müalicəsi üçün siz onun bank hesabına istədiyiniz məbləği yükləyərək yardım edə bilərsiniz.

Bank hesabı:
Gürcüstan Bankı GE57BG0000000161222708 qəbul edən Elnurə Mustafayeva (körpənin anası); şəxsiyyət vəsiqəsi nömrəsi: 15001023011



Print
თეგები: Marneulifm Marneuli