"Keşikçi Dağ" məsələsinə görə Azərbaycan sərhədinə gedən yolda aksiya keçirildi
Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.


"Marneuli" radiosu Report.az-a istinadən xəbər veriri ki,  aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.
Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.

Xatırladaq ki, Davit Qareci monastırı ətrafında inkişaf etmiş hadisələr barədə məlumat ilk olaraq 25 aprel tarixində rahiblər monastırının arximandriti Kirion "Interpressnews"a Azərbaycan sərhədçilərinin monastıra gedən yolu bağlamaları və ruhani şəxslərə ərazidə sərbəst hərəkət imkanı vermədiklərini bildirdikdən sonra yayılmışdı. Gürcüstan Xarici İşlər Nazirliyi qeyd olunan fakta dərhal münasibət bildirmiş, 26 aprel tarixində isə bildirmişdilər ki, gürcü ziyarətçilərin Davit Qareci monastırında hərəkətinə heç bir maneə yoxdur.
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია