Dişləri qorumaq üçün bu XƏTALARI etməyin
Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt
gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları deyəndə isə
ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür.
Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik. Hər gün
doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan
çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də
gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində
problemlərə yol açdığını düşünürlər.
Həmin xətalar hansılardır?
Diş fırçalarını uzun zaman istifadə etmək
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bir diş fırçasının
təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu
dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə
bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.
Dişləri lazım olduğu qədər fırçalamamaq -
Fırçalamaya təxminən 1 dəqiqəyə yaxın zaman ayırmaq lazımdır.
Fırçanı düzgün hərəkət etdirmək lazımdır.
Diş fırçası həm dişlər, həm də diş əti ilə təmasda olmalıdır. Ön,
üst və alt dişlərin arxasını belə, fırçalamaq lazımdır. Fırçanı hər
zaman 45 dərəcəlik bucaq altında tutmaq, qısa dairəvi hərəkətlər
etdirmək lazımdır. Dişləri hər gün fərqli tərəfdən başlayıb
fırçalamaq lazımdır. Bir dəfə sonda təmizlənən bölgəni növbəti dəfə
birinci fırçalamaqla daha yaxşı təmizliyə nail olmaq olar.
Dişləri fırçalayandan sonra ağızı çox su ilə
yaxalamaq - Fırçalayandan sonra ağızı bol su ilə yaxalamaq
olmaz. Çünki belə edəndə diş məcununun tərkibində olan flor
mənimsənilmir.
Diş fırçasını hamamda saxlamaq - Diş fırçasını
hamam saxlamaq düzgün deyil. Fırça hamamdan kənarda, qapalı yerdə
saxlanmalıdır. Böyüklərlə uşaqların diş fırçaları bir yerə
qoyulmamalıdır.
Diş sapı istifadə etməmək - Hər gün diş sapı
istifadə etməyi alışqanlıq halına gətirmək lazımdır. Diş fırçası
təmas edə bilmədiyi yerlərdə, dişlərin arasında qalan qida
qalıqları mütləq təmizlənməlidir.
Dili təmizləməmək - Dişlərlə yanaşı dilin üzəri də
fırçalanmalıdır. Çünki dilin üzərində çoxlu sayda bakteriyalar
toplanır. Dili təmizləmək həm də nəfəsdən pis qoxunun gəlməsinin
qarşısını alır.
Sərt diş fırçası istifadə etmək - Bu, dişlərə, diş
ətinə zərər verir. Yumşaq və ya orta sərtlikdə olan fırça seçmək
lazımdır. Sərt fırça xüsusən soyuq qidalar, su qəbul edildiyi halda
həssaslıq yaradaraq ağrıya səbəb olur.
Gündə iki dəfədən çox diş fırçalamaq - Dişlərigündə iki
dəfədən çox fırçalamaq olmaz. Bəziləri dişlərini gündə 3-4 dəfə
fırçalayır. Bu, düzgün deyil. İki dəfədən çox fırçalamaq diş ətinə
ziyan verir, diş minasını aşındırır.