4 iyun üçün ulduz falı
04
İyun 2019-cu il, ulduz falı. Önəmli mövzu ilə bağlı razılaşma əldə
olunmayacaq
Qoç - Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər.
Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın.
Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.
Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına
və ya nə isə etməsinə imkan verməyin.
Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar.
Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında
mütləq başa vurun.
Xaos və dağınıqlığın yaşandığı məkanı qaydaya salın, yaşam arealını
kontrolda tutun.
Buğa - Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə
üzvlərinin tələblərini, istəklərini nəzərə alın.
Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri
nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.
Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq
mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional
problemlərinizi həll edin.
Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi
bacarın.
Gəlişigözəl sözlərə və vədlərə inanmayın.
Əkizlər - Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın.
Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin
olacaq.
Ötən həftədən qalmış işi başa vurun.
Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya
həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.
Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş
üçün uğurludur.
Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik
etməyin.
Xərçəng - Səhər aktivlik nümayiş etdirin, dünəndən yarımçıq qalmış
işi təxirə salmadan başa vurun. Özünüz barədə az danışın,
başqalarını müzakirə etməyin.
Xəbərlər və informasiya axınını süzgəcdən keçirin. Diqqətinizi
işdən yayındıranların felinə uymayın.
Günün ikinci yarısı bir çox işlərdə, xüsusilə də maliyyə və
emosional müstəvidə uğur vəd edir.
Xarici görünüşdə yenilik üçün yaxşı vaxtdır. Axşam saatlarında
istirahət edin, əylənin.
Şir - Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın.
Gəlir və mənfəət verməyən işlərdən imtina edin.
Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala
bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla
izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik
məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaq.
Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli
zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.
Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə
məşğul olmaqda fayda var.
Qız - Səhər saatlarında işə başlamaq çətindir. Amma süst və tənbəl
olmayın, işə başlayın. Önəmli işi günün ikinci yarısında mütləq
başa vurun.
Mühüm tədbir, dəyişiklik və ya planı iş yoldaşınız, şərik və ya
dostunuzla müzakirə edin. Tənha, təkbaşına qalmamağa çalışın.
Birgə iş effektiv olmaqla yanaşı, daha sürətli alınacaq. İşgüzar və
şəxsi münasibətlər uğurlu şəkildə kəsişəcək, yaşamınızı ilhamverici
emosiyalarla zənginləşdirəcək.
Maddi məsələlərdə pozitiv irəliləyişlər tərəfdaş və ya işdə
rəhbərliyinizlə bağlı ola bilər.
Axşam saatlarında qonaq gedin, ya da qonaq qəbul edin.
Ev şəraitində ünsiyyət daha komfortlu olacaq.
Tərəzi - Uzaqdan gələn xəbər güclü emosional rezonans yaradacaq.
Müəyyən əlaqə, təmas və ya münasibətdəki rolunuza yenidən baxmalı
olacaqsınız.
Yaşam arealınızın gələcəyə ümidlərinizlə bağlı hissəsində qayda
yaranın, yeni alınan informasiyadan bəhrələnin. Sizin üçün önəmli
münasibətlərdə səmimi fon yaradın.
Yaxınlarınızın qayğısına qalın. Aktiv araşdırma, tədqiqatlar,
toplantılar üçün əlverişli gün deyil.
Şəxsi işləriniz və evlə bağlı qayğıların təminatı ilə məşğul
olun.
Təmasları süni şəkildə sürətləndirməyə çalışmayın.
Əqrəb - Dəyişikliklər başlanır, yeniliklər bir-birini əvəzləyir.
Fəaliyyət və yaşamın ənənəvi, köhnə çərçivələri artıq darlıq edir.
Bütün proseslərə nəzarət etmək mümkün deyil.
Səhər saatlarından etibarən çox iş görməyə çalışmayın. Yaxın
ətrafınızdakı insanların davranışlarına fikir verin.
Ən zəif "bənd"i taparaq onun yaratdığı diskomfortun sonuclarını
aradan qaldırın. Qohumluq əlaqələri və tanışlıqdan istifadə edin.
Faydalı məlumat sizdən yan keçə bilər. Yuxulara yox, real
situasiyaya və potensialınıza inanın.
Axşam saatlarında uzaqdan gələn məlumatların sayı artacaq.
Gəzintiyə çıxın. Dostlarla yazışın, zəngləşin. Situasiyadan kənarda
qalmayın.
Oxatan - Su indi təhlükə mənbəyinə çevrilə bilər. Mühüm danışıqlar
və müzakirələrdə diqqətli olun. Maraqlarınızı tam təmin etməyə
çalışın, mənafelərinizi qoruyun.
Planlar dəyişə bilər. Şərtləri nəzərə almaq, situasiyaya tabe
olmaq, başqa fəaliyyət sahəsini seçmək məcburiyyəti yarana bilər.
İntuisiyanıza etibar edin.
Dəyişkən əhval və maraqlar dumanında qəfil ideya sizin "mayak"ınıza
dönə bilər.
Lazımi zamanda lazımlı yerdə olmağa çalışın. İşlərinizi elə görün
ki, kimsə müdaxilə cəhdlərində uğur əldə edə bilməsin.
Qətiyyətli, sərt, amma soyuqqanlı olun.
Oğlaq - Günah hissi və ya məcburiyyətlə qarşılaşacaqsınız. Öz
maraqlarınızı müvəqqəti unudaraq yaxın ətrafınızdakı insanların
mənafelərini düşünün.
Hissiyyat, emosionallıq, yaşamınıza müdaxilə edən insan və ya nəsnə
ilə bağlı narahatlıq fikrinizi yayındıra bilər. Ehtiyatlı və
təmkinli olun.
Yaşananların mühüm şərtlərini araşdırın, qeyri-müəyyənlik yükündən
qurtulun. Asılılıq hissindən qurtulmaq üçün konkret addımlar
atın.
Maraqları dəyişmək və ətraf aləmlə qarşılıqlı əlaqə çərçivələrini
genişləndirmək üçün əlverişli zamandır. Seçim edin. Üstünlük və
itkiləri dəqiq dəyərləndirin.
Dolça - Səhər saatları həmkarlar və şəriklə gərgin mübahisə ilə
başlayacaq. Önəmli mövzu ilə bağlı razılaşma əldə olunmayacaq. Cari
işlərlə məşğul olmağa çalışın.
Günün ikinci yarısı mübhəm məsələlərin çözülməsində uğur vəd edir.
Yaşamınızda yeni intriqa yaranacaq. Əks cinsin təsiri artır. Ailə
üzvləriniz və qohumlarınız izafi tələbkarlıq nümayiş etdirirlər.
Onların təlaşlarını sakitləşdirin.
Ev işi ailə üzvlərini yeni məqsəd uğrunda birləşdirə bilər. Günün
ikinci yarısında bir, amma mühüm işlə məşğul olun.
Səxavətli olun, hədiyyə verin, səmimi davranın.
Balıqlar - Münasibətlər və işlərlə bağlı mövqeləri dəyişmək
zamanıdır. İndiyədək diqqətinizi ciddi şəkildə cəlb edən nəsnəyə və
ya mövzuya marağın azalması istisna deyil. Yeni maraq obyekti
aramağa tələsməyin.
Yaşadığınız kimi yaşayın. Poçt qutusunu yoxlayın. Mövcud
hissləriniz və emosiyalarınızla bağlı informasiya ala
bilərsiniz.
Ailə üzvləri ilə təmaslar və sizin üçün mühüm əlaqələrdə böyük
emosiyalar yaşanacaq.
Axşam saatlarını komfort, rahat şəraitdə keçirin.
Alış-verişdə bədxərclik etməyin.