Attestatlar nə vaxt götürüləcək?
2019-cu tədris ilində attestat imtahanları olmadığından məktəbi bitirən 12-ci sinif şagirdlərinə attestatı hansı tarixdə və hansı şəkildə əldə edə biləcəkləri maraqlı idi.

Orta məktəbi bitirən şagirdlərin "Marneuli" radiosuna müraciəti əsasında biz Marneuli Təhsil Resurs Mərkəzinin direktoru Kənan Ömərovla əlaqə saxladıq.

Kənan Ömərovun sözlərinə görə, 15 iyun tarixində tədris ili başa çatdıqdan sonra 12-ci sinif şagirdləri eləcə də eksternatlar Ədliyyə evinə müraciət edərək attestatlarını götürə bilərlər. Kənan Ömərov onu da qeyd etdi ki, abituriyentlər hər hansı bir əlavə sənəd təqdim etməyəcəklər, onlar sadəcə olaraq şəxsiyyət vəsiqələrini təqdim edəcək və ərizə formasını dolduraraq attestatlarını alacaqlar.

Xatırladaq ki, Təhsil Nazirliyinin qərarına əsasən bu il orta məktəblərdə attestat imtahanları ləğv olunub.

"Marneuli" Radiosu
Print
თეგები: Marneulifm Marneuli