Google 2,6 milyon dollara Looker platformasını alacaq
Google şirkəti 2,6 milyon ABŞ dolları məbləğində biznes analitikası üçün Looker platformasının alınmasına görə saziş imzalayıb.

Marneulifm Trend-ə istinadən bildirir ki, Looker Google Cloud-un tərkib hissəsi olacaq.

Saziş "Buzzfeed", "Hearst", "King", "Sunrun", "WPP Essence" və "Yahoo!" daxil olmaqla 350-dən çox müştəriyə birgə fəaliyyət göstərən iki şirkətin artıq mövcud olan tərəfdaşlığına əsaslanır.

Sazişin bu ildə imzalanacığı gözlənilir.

"Marneuli" Radiosu
Print
თეგები: Marneulifm Marneuli