Marneulidə sınaq imtahanları keçirildi
Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə vahid milli imtahanlara qeydiyyatdan keçmiş abituriyentlər üçün sınaq imtahanları təşkil olundu. Sınaq imtahanları 9 iyun tarixində Marneuli şəhərində yerləşən "Ata Holding" idman kompleksində baş tutdu.

İmtahan, Marneuli Gənclər Mərkəzinin "Tolerantlıq, Vətəndaş Birliyi və İnteqrasiyaya Dəstək Proqramı" (PİTA) və "SOCAR"-ın dəstəyi ilə həyata keçirilir. İmtahanların keçirilməsində Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi və Marneuli Təhsil Resurs Mərkəzi də iştirak edib. Sınaq imtahanlarında azərbaycandilli abituriyentlər iştirak etdilər.

Bu haqda "Marneuli Gənclər Mərkəzi"nin direktoru Rəna Nurməmmədova məlumat verdi. O, bildirdi ki, vahid milli imtahanlarda iştirak etmək üçün mərkəzdə 850 nəfər abituriyent qeydiyyatdan keçib və onların 650 nəfəri sınaq imtahanlarında iştirak ediblər. Rəna Nurməmmədovanın sözlərinə görə, bu il sınaq imtahanlarında iştirak etmək üçün daha çox abituriyent qeydiyyatdan keçib. Beləliklə bu həftə ərzində "TEA HOUSE" Çay Evində sınaq imtahanlarının ikinci hissəsi keçiriləcək və iştirak edə bilməyən abituriyentlər iştirak etmə şansı qazanacaqlar. Mərkəzin direktoru sınaq imtahanlarının artıq 7 ildir ki, keçirildiyini bildirdi.

"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli