Nurayın cehizlik xərcləri
Hər bir xalqın özünə məxsus toy adət-ənənələri var. İllər keçsə də bu adətlər qorunur və yeni nəsil tərəfindən davam etdirilir.
Ən qədim toy adətlərindən biri gəlinə verilən cehizlərdir. Hansı ki, illər kesçsədə bu adətlər dəyişməz olaraq qalmaqdadır. Keçmişə nəzər yetirsək görərik ki, nənələr qızları gəlin köçəndə cehiz olaraq daha çox yorğan-döşək, ipək parçalara üstünlük verərdilər. Zaman keçdikcə gəlin gedən qızlara verilən cehiz adətləri daha da genişlənməyə başladı. Belə ki, indi analar, nənələr qızlarına daha dəyərli, dəbdəbəli, göstərişli cehizlər alırlar. Toy etməklə yanaşı cehiz vermək maddi cəhətdən bir çox çətinliklər yaradır.

Bəs Marneulidə gənc qızlar cehizə nə qədər pul xərcləyir maraqlı oldu. Bu səbəbdən Marneuli radiosu olaraq evlənməyə hazırlaşan gənc qızın ümumi xərcini hesablayaraq toya eləcə də cehizə nə qədər xərci çıxdığını soruşduq.

Nuray Marneulidə yaşayır, onun 21 yaşı var və 1 ildir ki, nişanlıdır. Cehiz xərclərindən əlavə Nurayın nişanlı olduğu zamanlar da xərci az çıxmayıb. Onun sözlərinə görə nişan mərasiminin başa gəlməsi üçün 5000 lari xərcləyiblər. Ayrıca nişanlı olduğu müddətdə hər iki ailə və qohumların bayram ziyarətlərində bir araya gəlməsi, xüsusi günlərdə hədiyyələrin alınması olduqca baha başa gəlib. Nuray deyir ki, nişanlısının ad günündə onlar qızıl zinət əşyası və həmçinin müxtəlif xonçalar hazırlayaraq oğlan evinə göndəriblər bu isə 1500 lariyə başa gəlib.




Cehiz xərclərindən danışan Nurayın sözlərinə görə, ən bahalı cehizi mətbəx mebelidir hansı ki, təkcə mebelə 3000 lari məbləğində pul xərcləyiblər.




Mətbəxdə istifadə edəcəyi əşyalara isə ümumilikdə 3500 lari xərcləyib. Mətbəx əşyalarının içərisində aldığı ən bahalı əşya 900 lariyə aldığı elektrikli paltar yuyan maşındır, ən ucuz əşyası isə 350 lariyə aldığı elektrikli ətçəkən maşındır.



O, cehiz olaraq yataq, qonaq dəsti, yumuşaq mebel (divan, kreslo), yorğan, döşək, texniki avadanlıqlar (tozsoran, televizor, mikser, blendr, şirə çəkən və s.) Nuray deyir ki, bu günə qədər ümumilikdə 6500-6700 lari dəyərində xərci çıxıb.




Nuray bildirdi ki, 2020-ci ildə toyu olacaq və cehiz xərclərindən əlavə olaraq toy hazırlıqları başlayacaq. O, deyir ki, nışanlısının valideyinləri də toy xərclərinə kömək edəcəklər. O, toyunda sadə görünüşə üstünlük verəcək. Nurayın sözlərinə görə, gəlinlik donunu balıq modeli geyinəcək, sadə makiaj və saç düzümündən istifadə edəcək. Bunların isə hansı məbləğə başa gələcəyindən xəbərsizdir.

Sonda Nuray onu da qeyd etdi ki, bir toyun chiz daxil ərsəyə gəlməsinə 15-20 000 lari lazım gəlir.


"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli