Marneuli Gənclər Mərkəzində qan vermə aksiyası keçiriləcək
21 iyun tarixində Marneuli Gənclər Mərkəzində yardım məqsədi ilə qan vermə aksiyası keçiriləcək.

Gənclər Mərkəzinin nümayəndəsi Gülbən Əliyevanın sözlərinə görə, Marneulidə yaşayan 3 yaşlı qız leykemiyadan əziyyət çəkir və onun ayaqları hərəkətsiz qalıb. Həkimlərin qoyduğu diaqnoza görə, qıza kimya terapiyası tətbiq olunmalı və 6 ay müddətində qan köçürmə həyata keçirilməlidir, daha sonra isə nəticə müəyyən olunacaq. Adının çəkilməsini istəməyən valideynlərin imkanları olmadığından Gənclər Mərkəzinin nümayəndələri ailəyə bu şəkildə kömək etmək istəyiblər.

Qeyd edək ki, aksiya 21 iyun səhər saat 10:00-dan axşam saat 20:00-dək "Tea House"da ("Çay Evi") keçiriləcək.

İştirak etmək könüllüdür.

"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli