Avronun üzərinə Məhəmməd Əmin Rəsulzadənin şəkili vuruldu
15:24 / 19.06.2019
Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq
Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və
Bakı fatehi Nuru paşanın rəsimləri olan evro xatirə pul nişanı
basılıb.
Türk kolleksiyonçu Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün
hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri
seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli
tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın
komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv
araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla
Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı
dövriyədə istifadə olunan evro ilə eyni keyfiyyətdə, eyni
özəllikdədir və eyni əskinasdan istifadə olunub. Evro ilə eyni
dəyərə malikdir.
Layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi
Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini
söylədi:
“Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk
ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları
basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq
Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik
yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik.
Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə
başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları
dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı
məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə
10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min
Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib
olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham
Əliyevə də hədiyyə etmək istəyirik".
Araşdırmacı yazar Atilla Oral: “Özgür bəyin böyük zəhmətilə meydana
gələn evro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və
Azərbaycanın ayulduzlu bayraqları fonunda iki böyük tarixi
şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda
birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki,
hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə
qarşılanacaq.
Mənbə:
Yeniava.com