Alimlər məşhur “it baxışı”nın sirrini tapıblar
İtlərin baxışları sizi kövrəldir, eləmi? Heç təəccüblü deyil, çünki onlar sahiblərinin hissləriylə manipulyasiya etmək üçün o cür məsum-məsum baxırlar - alimlər belə deyir.

İnsanların xoşuna gələn o baxışları təkamül nəticəsində meydana gəlmiş gözətrafı əzələlər təmin edir.

Britaniya və ABŞ alimləri itlərlə canavarların anatomiyasını müqayisə ediblər. Məlum olub ki, itlərdə canavarlarda olmayan bir detal var - daxili qaşı qaldırmağa imkan verən kiçik əzələlər. Onların sayəsində itlərin üzündə köməksiz "uşaq ifadəsi" yaranır, bu ifadədən ürəyi yumşalmayan insansa çox azdır.

"Əhliləşdiriləndən sonra itlərdə qaşların vəziyyətini dəyişmək imkanı verən yeni əzələlərin olması barədə ciddi sübutlar əldə etmişik" - Portsmut Universitetinin professoru, araşdırmanın rəhbəri Juliane Kaminski "Proceedings of the National Academy of Sciences of the USA" jurnalında dərc edilmiş məqaləsində belə yazır.

"İt bu əzələsindən istifadə edəndə sahibində onu müdafiə etmək istəyi yaranır" - Kaminski belə deyir.

"Mənalı qaşlar"



Bu əzələ itlərə qaşlarını tərpətmək və üzlərində müxtəlif ifadələr yaratmaq imkanı verir, həmin ifadələrsə insanlarda anlayış və şəfqət təsəvvürü yaradır.

Eyni zamanda, insanın kədərli vaxtındakı davranışının imitasiyasını xatırladan bu hərəkət zamanı itin göz ölçüsü də böyüyür və bu onu balaca küçüyə bənzədir.

Kaminski-nin sözlərinə görə, insanlar qeyri-şüuri olaraq belə itlərə üstünlük verir, onları müdafiə edir və çoxaldırlar. Bu isə təkamül baxımından o itlərə üstünlük yaradır və bu bacarığı genetika səviyyəsində möhkəmlədir.



İtin məsum baxışı Amerika və Britaniya alimlərinin anatomiya və müqayisəli psixologiya sahəsində əldə etdikləri məlumatlar sübut edir ki, üz ifadəsini dəyişmək qabiliyyəti itlərdə insanlarla min illərdir davam edən birgə yaşayış təcrübəsi sayəsində inkişaf edib.

Daha əvvəlki araşdırmalar zamanı məlum olmuşdu ki, itlər məsum baxış variantından insanlar onlara baxan zaman istifadə edirlər: burdan belə bir qənaət yaradır ki, itlər qəsdən bu cür davranırlar və bu davranış insanların reaksiyasına hesablanıb.

Araşdırmanın həmmüəlifi, ABŞ-ın Duquesne Universitetinin anatomiya professoru Anne Burrows qeyd edir ki, təkamül nöqteyi-nəzərindən itlərin üz əzələlərində dəyişiklik çox tez baş verib və bu dəyişiklikləri insanlarla itlərin sıx təmasının nəticəsi hesab etmək olar.

Portsmut Universitetinin professoru Bridget Waller deyir ki, bu nəticələr bütün sosial tərəfdaşlıq növlərində, o cümlədən, müxtəlif növlər arasında üz ifadəsi vasitəsilə ötürülən siqnalların nə qədər vacib olduğunu sübut edir.

Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.



Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.

Mənbə: bbc.com
Print
თეგები: Marneulifm Marneuli Maraqlı