Təbii fəlakətdən sonra Kirəç Muğanlı kəndində evlər su altında qaldı - Video
Ötən gün, 13 iyul tarixində Marneulinin Kirəç Muğanlı kəndində təbii fəlakət nəticəsində kənd sakinlərinin evi su altında qalıb. Sel evlərin zirzəmilərinə dolub, sakinlərin əkin sakinlərinə ziyan edib.

Marneuli radiosu ilə müsahibəsi zamanı sel nəticəsində evinə ziyan dəyən kənd sakinin sözlərinə görə, su evin zirzəmisinə dolub, əkin sahəsindəki bitkiləri məhv edib və onların həyətlərindəki ev quşları da sel altında qalıb. Kənd sakini deyir ki, Marneuli meri Zaur darğallı bu gün Kirəç Muğanlı kəndində olub və onların da evlərinə gələrək dəyən ziyanla maraqlanıb.

"Ziyanı necə qarşılayım bilmirəm. Səhər Zaur Darğallı gəlmişdi dəyən ziyanla maraqlandı. Həyətdəki ev quşlarını da sel apardı. Evdə 70 cücə, 20 qaz, 15 ördəyimiz var idi hamısını sel apardı. Həyətdə mətbəximiz var ora da suyun içində qaldı, soyuducu təmiz suyun içindədir. Yolda, maqazində bərbərxanamız var ora da yararsız vəziyyətə düşüb" -
təbii fəlakət zamanı evi su altında qalan kənd sakini deyir.

Xatırladaq ki, ötən gün güclü yağış və külək zamanı kənddəki evlərin hasarları, kəndə yeni çəkilən qaz boruları uçub və ağac qırılaraq avtomobillərin üzərinə aşmışdı.




Video - Marneuli Press

"Marneuli" Radiosu
Print
თეგები: Marneulifm Marneuli