Qaçağan kəndində “İctimai Mərkəz”-in tikintisinə başlanılıb - FOTO
Marneulinin ən böyük kəndlərindən biri olan Qaçağan kəndində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “İctimai Mərkəz”-in tikinti işləri davam edir.

“İctimai Mərkəzin” tikilməsini müsbət qarşılayan Qaçağan kənd sakinləri bildirirlər ki, onlar banklara hər hansı bir ödəniş etmək və ya sənədlərinin hazırlanması üçün Marneuli rayonuna getməli olurlar.

Sakinlər deyirlər ki, mərkəzin olması tək Qaçağan kəndi üçün deyil, eyni zamanda qonşu kəndlər üçün də əlverişli olacaq. Belə ki, sakinlər hər dəfə yola pul verib saatlarla evlərindən çıxmalı olurlar. Mərkəz olduğunda isə sakinlər işlərini daha tez həll etmək imkanı qazanacaqlar.

“Mərkəzin olması yaxşı haldır, gənclər də işləmək üçün rayona ya şəhərə getmək məcburiyyətində olmazlar, yola pul xərcləməzlər. Təbii ki, biz bu addımı çox müsbət dəyərləndiririk”, Qaçağan kənd sakinləri deyirlər.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Marneuli meriyasına müraciəti ilə Qaçağan kəndində meriya tərəfindən 2700 kv.m. torpaq sahəsi ayrılıb və tikintinin aparılması üçün Ədliyyə Nazirliyinə verilib.

“İctimai mərkəz” vasitəsilə əhali kənddən çıxmadan 200-dən artıq ictimai və özəl sektorun xidmətlərindən istifadə edə biləcək.

“İctimai Mərkəz”in istifadəçiləri Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin, Gürcüstan Milli Arxivinin, İctimai Reyestrin Milli Agentliyinin, Sosial Xidmət Agentliyinin və “Mexanizator” MMC-nin xidmətlərindən faydalana biləcəklər.

Xatırladaq ki, hazırda Gürcüstan miqyasında 60 “İctimai mərkəz” fəaliyyət göstərir.






"Marneuli" radiosu
Print
თეგები: Marneulifm Marneuli