Marneulidə, Rustaveli küçəsində, səkilərin
qaydaya salınması işlərinə başlanılıb.
Meriyanın Nəzarət Xidməti Bələdiyyəyə məxsus
olan bir neçə ticarət obyektinin ərazisində satış əşyalarının
qeyri-qanuni yerləşdirilməsini qadağan edib. Mebel mağazalarının öz
əşyalarını piyadaların hərəkəti üçün nəzərdə tutulmuş əraziyə
çıxarması halları çox idi.
Qida obyektləri də açıq məkanlara stol və stulları çıxarırlar,
piyadalar isə həmin məkanlarla hərəkət etməli olurlar. "Marneuli"
radiosu ilə söhbətində Merin müavini Laşa Lobjanidzenin dediyinə
görə, əsas işlər Rustaveli küçədində aparılır.
“Nəzarət Xidməti səkilərin, Bələdiyyəyə məxsus olan
ərazilərin küçə ticarəti üçün yaxud qida obyektləri tərəfindən
istifadə olunması ilə bağlı bir neçə hal aşkarlayıb. Onlara
xəbərdarlıq edildi və Nəzarət Xidməti gündəlik rejimdə vəziyyətə
nəzarət edir ki, piyadalar üçün cığır və səkiləri küçə ticarətindən
təmizləyək”, - Laşa Lobjanidze dedi.
Lobjanidzenin sözlərinə görə, əgər belə hallar başqa küçələrdə də
qeydə alınarsa müvafiq tədbirlər görəcəklər. Əgər xəbərdarlıq
edilmiş ticarətçilər yenidən bələdiyyəyə məxsus olan ərazidən
qeyri-qanuni istifadə edərlərsə Nəzarət Xidməti onlara cərimə
sanksiyası təyin edəcək.
"Marneuli" Radiosu