Baxtadze Batiaşvilinin istefasından sonra: "Təhsil milli ideyadır"
13:10 / 08.11.2019
“Təhsil milli ideyadır və onun
alternativi yoxdur” – Bu barədə Mixeil Batiaşvilinin
istefasından sonra keçmiş Baş nazir Mamuka Baxtadze
yazıb.
Batiaşvili 7 noyabrda vəzifəsindən
istefa edib. Onun vəzifəsini kimin icra edəcəyi hələki hökumət
tərəfindən dəqiqləşdirilməyib. Keçmiş Baş nazir Mamuka Baxtadze
Batiaşvilinin nazirliyini tərifləyib və yazıb:
“Mixeil Batiaşvili bu milli sxemə öz vacib töhfəsini
Verdi, bunun üçün ona təşəkkür edir və gələcək fəaliyyətində
uğurlar arzu edirəm. Qeyd edilməlidir ki, onun nazirliyi dövründə
mədəniyyət və idman istiqamətində böyük uğurlarımız
oldu”- o,
yazıb.
“Həmçinin, elmi istiqamətdə əldə olunan uğurları da qeyd etmək
istəyirəm. Xüsusən “EUROXESS”-ə üzv olmağımızı vurğulamaq istərdim.
Bu bizim alimlərimizə və tədqiqatçılarımıza imkanlar yaradacaq.
Hökumətə və nazirlik komandasına milli ideyanın inkişaf prosesində
uğurlar arzu edirəm”- M.Baxtadze yazıb.
“Ən əsası odur ki, milli ideya qanunvericilik
səviyyəsində qorunur və hökumətə büdcənin dörddə bir hissəsini
təhsilə istiqamətləndirmək öhdəliyi qoyur. Avropa İttifaqı ilə
inteqrasiya prosesinə məhz təhsil sahəsi ilə başlamağımız da
simvolikdir”- keçmiş
Baş nazir yazıb.