Ümumdünya Səhiyyə Təşkilatı əhaliyə yeni koronavirusun əlamətləri olan zaman İbufrofendən istifadə etməkdən çəkinməyi tövsiyə edib
Ümumdünya Səhiyyə Təşkilatı əhaliyə tövsiyə edib ki, yeni koronavirusun əlamətləri olan zaman İbufrofendən istifadə etməkdən çəkinsinlər. Təşkilatın tövsiyəsi fransız həkimlərin iltihaba qarşı dərmanların virus infeksiyasının daha da pisləşməsinə səbəb olacağı ilə bağlı xəbərdarlığından sonra verilib – məlumatı Science Alert yayımlayıb.

İbufrofendən çəkinməklə bağlı Fransanın Səhiyyə naziri də danışıb və o, “The Lancet” tibbi jurnalında yayımlanan məqaləyə əsaslanıb. Qeyd olunub ki, iltihaba qarşı dərmanların, o cümlədən, İbufrofenin gücləndirdiyi ferment virusun əlamətlərini daha da pisləşdirir.
Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Kristian Linmayer İbufrofen haqqında verilmiş suala cavab olaraq bildirib ki, təşkilat məsələni dərindən araşdırmalıdır ki, təlimat versin. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı İbufrofen əvəzinə özünü müalicə zamanı başqa preparatlardan istifadə etməyi məsləhət görüb.

“Hazırda biz Covid-19-un əlamətlərini özünü müalicə edən zaman tövsiyə edirik ki, parasetamoldan istifadə edəsiniz, ibufrofendən deyil, bu vacibdir”, - Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi deyib.

Ancaq Fransanın Səhiyyə naziri Verani yazıb ki, parasetamoldan həkim məsləhəti əsasında istifadə etməlisiniz. Çünki onun böyük dozada qəbul edilməsi qara ciyəri zədələyə bilər.

İbufrofen və onu əvəz edən dərmanlardan istifadə ilə bağlı onun bəyanatını belə dərmanları, eləcə də Nurofen istehsal edən əczaçılıq şirkəti nümayəndələri tənqid ediblər.

Britaniyanın əczaçılıq şirkəti “Reckitt Benckiser”-in mətbuat katibi bildirib ki, istifadəçilərin təhlükəsizliyi onlar üçün vacibdir, ancaq İbufrofen 30 ildən çoxdur ki, istifadə olunur və ümumi şəkildə qəbul edilib.

“Biz inanmırıq ki, İbufrofenin covid-19-la bağlı inandırıcı elmi sübutu var”, - “Reckitt Benckiser”-dən bildirirlər.

Mənbə: publika.ge
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google