404 შეცდომა
Gürcüstanda daha iki nəfər koronavirusa yoluxdu
Gürcüstanda daha iki nəfərin koronavirusa yoluxduğu təsdiqləndi. Hal-hazırda ölkədə koronavirusa yoluxanların sayı artaraq 40 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanmış məlumata görə, 1344 nəfər karantində, 216 nəfər isə stasionar nəzarət altındadır.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan bir nəfər sağalıb.
Print
თეგები: covid-19