Marina Ezuqbaianın sözlərinə görə, dünən Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında 21 nəfər analiz olundu və onlardan yalnız birində koronavirus aşkarlandı
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın sözlərinə görə, dünən 21 nəfər analiz olundu və onlardan yalnız birində koronavirus aşkarlandı.

Ezuqbaianın jurnalistlərə bildirdiyinə görə, daha 9 xəstənin analizlərinin nəticələri gözlənilir.

"Dünən 21 nəfər koronavirusa gör müayinə edildi və cavab yalnız bir qadında müsbət oldu. 20 halda cavablar mənfi oldu. Bu səhər doqquz nəfər analiz olunub və bu analizlər günün birinci yarısında yoxlanılacaq. Günortadan sonra daxil olan pasiyentlər artıq günortadan sonra müayinə olunacaqlar, cavablar isə sabah səhər saatlarında olacaq",
– Ezuqbaia deyib.

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 40-a çatıb. Onlardan 1-i sağalıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google