Mollaoğlu ictimai məktəbi distant rejimə keçməyib
Dünyanı öz cənginə alan koronavirus Gürsustanda da aşkarlandı. Buna görə də hökumətin qərarı ilə təhsil ocaqlarında tətil elan edilib. Tətilin nə zaman başa çatacağı məlum deyil. Buna görə də məktəblər distant rejimə keçib. Amma Mollaoğlu və ətraf kəndlərdə yerləşən ictimai məktəblər distant rejimə keçməyib. Hal-hazırda Mollaoğlu ictimai məktəbində 300-ə yaxın şagird təhsil alır.

Valideynlərin sözlərinə görə, məktəblərdə tətil olunmasına görə övladları dərs oxumurlar.

"Mənim uşağım tətilə görə dərslərini vaxtı-vaxtında oxumamağa başladı. Bu hal onun irəliləməsinə və universitetə hazırlaşmasına mənfi təsir göstərir", – valideyn bildirir.

Məktəblərdən əlavə universitetlərdə də tətil elan olunub. Amma universitetlərin bəziləri artıq onlayn dərs rejiminə keçiblər. Universitet tələbələrinin sözlərinə görə, onlar yenə eyni dərsləri eyni gündə eyni saatda onlayn şəkildə keçirlər.

“Biz dərsləri eyni qaydada keçməyə davam edirik. Həftənin bir günü video görüntü ilə keçirik. Geridə qalan günləri isə elektron vasitəsi ilə keçirik”, – birinci kurs tələbəsi Elxan Ənnağıyev deyir.

Qeyd edək ki, hal-hazırda Gürcüstanda koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb. Onlardan 1-i sağalıb. 1592 nəfər karantinə yerləşdirilib. 262 nəfər isə stasionar şəraitdədir.

Müəllif: Orxan Ənnağıyev
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google