Marneulidə özünütəcriddə olanların sayı 13 nəfər olub
17 mart tarixinə olan məlumata görə özünütəcriddə 3 nəfər qalmışdı. Marneuli İctimai Səhiyyə Mərkəzinin bu gün, 19 mart tarixinə olan məlumatına görə, hazırda özünütəcriddə 16 nəfər var.

Mərkəzin rəhbəri Etere Laperadzenin sözlərinə görə, karantində Marneulidən cəmi 8 nəfər var və onlardan üç nəfəri məcburi şəkildə aparılıb.

17 mart tarixində özünütəcriddən 11 nəfər çıxarılıb, çünki onlarda koronavirus əlamətləri olmayıb.

Qeyd edək ki, Gürcüstanda virusa 40 nəfər yoluxub, 1592 nəfər karantindədir, 262 nəfər isə stasionar müşahidə altındadır.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google