Gürcüstan vətəndaşı İspaniyada koronavirusdan dünyasını dəyişib
Baş nazirin müşaviri və mətbuat katibi İrakli Çikovaninin məlumatına görə, İspaniyada bir nəfər Gürcüstan vətəndaşı koronavirusdan dünyasını dəyişib.

“İspaniyada bizim vətəndaşımız dünyasını dəyişib. 74 yaşlı qadının xroniki xəstəliyi olub. Biz ailəsi ilə əlaqə saxlayırıq, diplomatik xidmət onlara proseduraları həll etməkdə kömək edir”, – İrakli Çikovani bildirib.

Çikovaninin sözlərinə görə, diplomatik xidmət 24 saatlıq rejimdə çalışır və xaricdə olan Gürcüstan vətəndaşları yardım üçün istədikləri vaxt müraciət edə bilərlər.

Mənbə: publika.ge
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google