Amiran Qamkrelidze - koronavirusa yoluxan 39 nəfərdən 12-də pnevmoniya aşkarlanıb
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bildirdiyinə görə, koronavirusa yoluxmuş 39 nəfərdən 12-də pnevmoniya var.

Bu haqda Qamkrelidze hökumət administrasiyasında baş tutan brifinqdə bildirib.

Qamkrelidze qeyd edib ki, 3 nəfərin vəziyyəti nisbətən ağırdır, onlardan 2 nəfəri yaşlıdır.

“39 nəfər koronavirusa yoluxanlardan 1 nəfəri Batumi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib, 3 nəfər Saçxere xəstəxanasında, 2 nəfər isə Birinci Universitet Klinikasına, qalanları isə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Onların kliniki menecmenti Səhiyyə Nazirliyi tərəfindən yaranmış kliniki idarə qrupu tərəfindnən aparılır və qrupa professor Tenqiz Tsertsvadze rəhbərlik edir. Həmin 39 nəfərdən 12-də pnevmoniya aşkarlanıb. 3 nəfərin vəziyyəti nisbətən ağırdır. Onlardan 2 nəfəri yaşlıdır və onlarla bağlı davamlı araşdırmalar aparılır”,
– Amiran Qamkrelidze bildirib.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google