Həkimlər koronavirusa yoluxma zamanı müşahidə olunan daha bir
simptom haqqında bəyan ediblər.
“The American Journal of Gastroenterology" və "Clinical
Gastroenterology and Hepatology” jurnallarında dərc edilən
araşdırmalarda söhbət həzm prosesinin pozulmasından gedir.
Araşdırma xəstəliyin yayılma mərkəzi sayılan Uhan şəhərindəki üç
xəstəxanada aparılıb.
18 fevraldan 8 martadək 204 xəstədə aparılan müşahidələr bunu
deməyə imkan verir.
Koronavirusa yoluxanların yarıdan çoxu ilk növbədə həzm
problemlərindən – diareya və anoreksiyadan (iştahanın kəsilməsi)
şikayət edirdilər. Digər simptomlar sırasında ürəkbulanma, qusma və
qarın ağrılarını qeyd etmək olar.
Araşdırmaya əsasən, respirator simptomlu insanlarla müqayisədə,
həzm prosesi ilə bağlı simptomlardan şikayət edən insanlarda
koronavirus daha gec müəyyən edilib.
Bundan əlavə, onlar xəstəxanada daha uzun müddət keçirib və
müalicələri daha ağır keçib.
Mənbə: oxu.az