Gürcüstan ordusu kazarma şəraitinə keçir
Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə martın 21-dən etibarən Gürcüstanın Müdafiə Qüvvələri kazarma şəraitinə keçir.

Bu barədə ölkənin müdafiə naziri İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, kazarma şəraiti zamanı hərbçilərə hərbi bazanın ərazisini tərk etmək qadağan olunacaq.

Nazir qeyd edib ki, bu cür qabaqlayıcı tədbirlər bazalarda virusun yayılması imkanını əhəmiyyətli dərəcədə azaldacaq.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google