Marneulidə bəzi istisinalar olmaqla bütün ticarət və biznes obyektləri bağlanacaq – Zaur Darğallı
Marneulidə apteklərdən və ərzaq mağazalarından başqa bütün ticarət və biznes obyektləri koronavirusun qarşısının alınması məqsədi ilə bağlanacaq.

Mer Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, bələdiyyənin Nəzarət Xidməti mərhələli şəkildə bütün biznes operatorlara xəbərdarlıq edir.

“Maşınların yuyulduğu yerlər və başqa obyektlər də bağlanacaq. Ancaq yaxşı olar ki, biznes operatorlar meriya nümayəndələri getmədən də məsuliyyət nümayiş etdirsinlər və obyektləri özləri bağlasınlar”, – Zaur Darğallı deyir.

Həmçinin, Marneuli bazarı da bağlanacaq. Amma Marneuli meri hələ ki, bütün bazarın, yoxsa geyim və müxtəlif məişət əşyaları satıcılarının piştaxtalarının bağlanacağını bilmir.

Xatırladaq ki, 18 mart tarixində Marneulidə ictimai nəqliyyatın hərəkəti dayandırıldı.

Gürcüstanda koronavirusa yoluxanların sayı 43 nəfərdir. 1575 nəfər karantində, 275 nəfər isə stasionar müşahidə altındadır.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19 COVİD-19 MARNEULİ