Qırmızı Körpüdə karantin zonası yaradılacaq
Bu gündən Gürcüstana daxil olan bütün vətəndaşlar haradan gəldiklərindən asılı olmayaraq karantinə yerləşdiriləcək. Bu barədə baş nazirin mətbuat katibi İrakli Çikovani məlumat verib.

Çikovaninin sözlərinə görə, qeyd olunan qərardan irəli gələrək sərhəd keçid məntəqələri yaxınlığında karantin zonaları yaradılacaq. Bu sərhəd keçid məntəqələrinə Lars, Qırmızı Körpü və Sarp daxildir.

Səhiyyə Naziri Ekaterine Tikaradze bildirib ki, quru sərhədlərdən ölkəyə giriş artıb və sərhədlərdə karantin zonasının yaradılması məhz bununla bağlıdır.

Qeyd edək ki, Qırmızı Körpü ərazisində karantin üçün yeri 4 mart tarixində seçilmişdi. Həmin vaxt Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eteri Laperadze bildirmişdi ki, bu Qırmızı Körpü ərazisində mütləq karantin sonası olacağı demək deyil. Lakin bu gün, 20 mart tarixində hökumət tərəfindən alınmış qərara görə, məhz Qırmızı Körpüdə karantin zonası yaradılacaq.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19