Sonuncu 3 hal ABŞ-da olan ailədir – Tikaradze
Səhiyyə naziri Ekaterina Tikaradzenin sözlərinə görə, son təsdiqlənmiş 3 virusa yoluxma halı Gürcüstana Amerika Birləşmiş Ştatlarından gəlmiş ailə ilə bağlıdır.

“Bu üç yeni hal Avropa etiologiyasına aid deyil. Bu ABŞ-dan səfər edən ailədir. Qeyd olunan hal yeni klasterdir. Həmin ailə ilə təmasda olan bütün şəxslərin kimliyi müəyyənləşdirilib və sonrakı taktika üçün onlar müşahidə olunurlar”, – Tikaradze bildirib.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadzenin bildirdiyinə görə, həmin ailə özünütəcriddə olub.

“Ailəsi ilə birgə özünütəcriddə olan hər kəsə səslənirəm. Maksimum dərəcədə ailə üzvlərinizlə təmasdan çəkinin. Təcrübə göstərdi ki, ailədə özünütəcriddə olanların ailə üzvləri də virusa yoluxur.

Ailə təcriddədir, amma bir-biri ilə təcriddə deyillər. Ona görə də özünütəcriddə olanlar ailədə də buna riayət edin. Bununla bağlı qaydalar bizim veb-səhifəmizdə yerləşdirilib”,
– İmnadze deyib.

Bu gün Gürcüstanda 43 nəfərə yaxın şəxs virusa yoluxub. Rəsmi məlumata görə, Gürcüstanda 1 nəfər sağalıb, 1575 nəfər karantindədir, 275 nəfər isə stasionar müşahidə altındadır.

Mənbə: publika.ge
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google