Baş nazir dörd vacib istiqaməti qeyd edib və həmin istiqamətlərdə məsuliyyət daşıyan müvafiq nazirlərə tapşırıqlar verib
Baş nazir Qiorqi Qaxaria dörd vacib istiqaməti qeyd edib və həmin istiqamətlərdə məsuliyyət daşıyan müvafiq nazirlərə tapşırıqlar verib. Həmin istiqamətlər səhiyyə, ictimai asayiş, ərzaq ehtiyatının idarəolunması, logistika-nəqliyyat və iqtisadiyyatdır.

“Əlbəttə, ilk istiqamət səhiyyədir, buna görə məsuliyyəti Səhiyyə naziri Ekaterine Tikaradze daşıyır. İkinci istiqamət ictimai asayişdir və buna görə tam məsuliyyət Daxili İşlər naziri və Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelaurinin üzərindədir. Üçüncü istiqamət ərzaq ehtiyatının idarəolunması, logistika-nəqliyyat və iqtisadiyyatdır ki, buna Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili cavabdehdir. Dördüncü istiqamət isə ən vacib olanı, böhrandan sonra iqtisadiyyatımızın tez zamanda bərpa olunmasıdır. İqtisadiyyatımıza az ziyan dəysin deyə hər şey edirik. İqtisadi istiqamətə Baş nazirin müavini Maia Tskitişvili cavabdehdir”, – Qiorqi Qaxaria brifinq başa çatdıqdan sonra bildirib.

Baş nazirin bildirdiyinə görə, bu gün dövlət institutları, özəl sektor və mülki cəmiyyət bu problemə effektiv cavab verməyə tam hazırdır.

“Bir daha qeyd etmək istəyirəm ki, bu gün dövlət institutları eləcə də özəl sektor, mülki cəmiyyət bu problemə cavab verməyə tam hazırıq. İnanın ki, biz müvafiq nəticəni əldə edəcəyik və bu virusla mübarizədə ən yaxşılardan biri olacağıq”,
– Qaxaria qeyd edib.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google