Polis karantin zonasına məcburi şəkildə 141 nəfər yerləşdirib
Daxili İşlər Nazirliyi və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin birgə monitorinqi nəticəsində 19 mart tarixində özünütəcrid qaydalarını pozmaqla bağlı 14 yeni fakt aşkarlanıb. Bu haqda "Interpressnews"-a DİN-dən məlumat veriblər.

Verilən məlumata görə, Daxili İşlər Nazirliyi, Gürcüstan hökumətinin Qurumlararası Koordinasiya Şurasının qəbul etdiyi qərar və tövsiyələrin icrası məqsədi ilə fövqəladə rejimdə 24 saatlıq çalışmağa davam edir və Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birgə yeni koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstan miqyasında özünütəcriddə olan vətəndaşların monitorinqini həyata keçirir.

“Birgə aparılan monitorinq nəticəsində 19 mart tarixində özünütəcrid qaydalarının pozulması ilə bağlı daha 14 fakt aşkarlanıb. Tbilisidən, eləcə də İmereti, Sameqrelo, Kvemo Kartli, Samtsxe-Cavaxeti və Acarıstan regionlarından özünütəcrid qaydalarını pozan vətəndaşlar məcburi şəkildə karantin zonasına aparılıblar. Hazırda özünütəcrid qaydalarını pozduğuna görə karantin zonalarına məcburi şəkildə aparılmış 141 nəfər var.

Xatırladaq ki, Gürcüstan ərazisində olan bütün şəxslər ictimai səhiyyə sahəsində qüvvədə olan Gürcüstan qanunvericiliyinin tələblərinə tabe olmalıdır və ictimai səhiyyə xidmətinin qərarlarına hörmətlə yanaşmalıdır. DİN vətəndaşları yüksək ictimai məsuliyyət nümayiş etdirməyə və qeyd olunan tənzimləmələrə tabe olmağa çağırıb”, – məlumatda deyilir.

Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google