Marneuli Mədəniyyət Mərkəzi distant fəallıqlar tətbiq etməyə başlayır
Marneuli Mədəniyyət Mərkəzi distant fəallıqlar tətbiq etməyə başlayır. Bu haqda məlumatı mərkəzin direktoru Nato Şavişvili verib və bildirib ki, koronavirusa görə onlar indi onlayn rejimdə öz auditoriyalarını yeniləməyə və maarifləndirici layihələr həyata keçirməyə çalışacaqlar.

“Əlbəttə, əvvəlcə bu test rejimi olacaq. Düşünürük ki, yaxşı alınacaq və təcrübə də qazanmış olacağıq. Gələcəkdə daha da yaxşı formalaşdırarıq. Biz soydaşlarımıza dəstək olacağıq ki, qeyri-fəal həyat tərzini maraqlı keçirsinlər və evə qapanmaq onlar üçün daha asan olsun”, – Nato Şavişvili deyir və qeyd edir ki, 23 mart tarixindən öz veb-səhifələrində müxtəlif fəallıqlar, video bloqlar, audio kitablar, rəsm materialları və başqa fəallıqlar yerləşdirəcəklər.

“Baş rol” adlı video bloqumuz olacaq və Zura Xaptani aparacaq. Tanınmış gürcü və xarici aktyorlardan danışacaq. İrakli Xarşiladze ədəbiyyat bloqunu aparacaq, tanınmış yazıçılardan və şairlərdən söhbət açacaq. Qoça Xviçia “Art Voyaj” bloqunu aparacaq və bizi müxtəlif ölkələrə səyahətə aparacaq, gözü ilə gördüyü dünya incəsənət əsərləri haqqında danışacaq. Eləcə də “insanların mövcud olduğu bütün mərhələlərdə incəsənətə qarşı sevgi” bloqumuz olacaq və Ketevan Abaşidze aparacaq. İnsan və incəsənət əlaqələrindən söhbət açılacaq. Balacalar və yeniyetmələr üçün də bloqlarımız olacaq. “Asan şəkildə rəsm çəkmək öyrənək” adlı video bloqumuzu təqdim edəcəyik və Tamusia Letodiani onlayn dərslər keçəcək. “Cəhd et” video bloqu olacaq və Dodo Qelaşvili ev şəraitində müxtəlif maraqlı əşyaları necə düzəldə biləcəyimizi öyrədəcək. Həmçinin, Facebookda "Art rubrikamız" olacaq və orada gündəlik incəsənət haqqında müxtəlif sahələrlə və incəsənət adamları ilə bağlı məlumat yenilənəcək.”, – Nato Şavişvili deyir.

Mədəniyyət Mərkəzinin direktorunun sözlərinə görə, eləcə də Marneuli İctimai Kitabxanasının layihələrinin həyata keçirilməsi – misal üçün, auditoriyaya audio kitablar və çizimlər müsabiqəsi təklif etmək də planlaşdırılır.

“Mədəniyyət evinin də video müsabiqəsi olacaq. İstəyirik ki, bizim tamaşaçılarımız və ya dinləyicilərimiz üç dəqiqəlik əyləncəli video yazsınlar və video özünütəcriddə olmağın müəyyən aspektlərini təsvir etsin. Bu video əyləncəli olmalıdır və mənfi emosiyalarla bir-birimizi gərginləşdirməməliyik”, – Şavişvili deyir.

Nato Şavişvili qeyd etdi ki, mümkün resurslardan irəli gələrək onlar hazır materialları qeyri-gürcü dilli auditoriyaya da təqdim etməyə çalışacaqlar. Misal üçün audio kitabları qeyd etdi və dedi ki, seçilmiş audio kitabları azərbaycan dilində də onlayn şəkildə dinləmək mümkün olacaq. Şavişvili əhalini “evdə qalmağa” və 23 mart tarixindən Marneuli Mədəniyyət Mərkəzinin “Facebook” səhifəsini izləməyə çağırdı.


"Marneuli" Radiosu
Print
თეგები: covid-19