Qırmızı Xaç Cəmiyyətinin Marneuli ofisi meriya könüllülərinə təlim keçib
Qırmızı Xaç Cəmiyyətinin Marneuli ofisi meriya könüllülərinə təlim keçib. Təlim əsasən yeni koronavirusdan qorunmaqla bağlı məsələlərə istiqamətlənib. Könüllülər əhali ilə ünsiyyət zamanı nəyi nəzərdə tutmalı və təchizatlardan düzgün necə istifadə etməli olduqları barədə məlumat alıblar.

"Könüllülərin koronavirusla bağlı düzgün məlumatının olması vacibdir. Onlar özlərini qorumaq qaydasını da bilməlidirlər, mülki əhali ilə ünsiyyət quracaqlar və onların təhlükəsizliyi qorunmalıdır. Burada, zalda da onlar qorunan mühitdədirlər", – Qırmızı Xaç Cəmiyyətinin Marneuli filialının könüllüsü Ketevan Abaşidze deyir.

Könüllülər mütləq bilməlidirlər:
  • Spirt tərkibli antibakterial məhlul, yaxud sabun və su ilə əllərimizi tez-tez yumalıyıq. Çünki əl ən tez çirklənən bədən üzvüdür.
  • Bilməlisiniz ki, tibbi maskaların əksəriyyəti üç qatlıdır – üst qat havadakı damcılardan qorumaq, ortadakı qat mikroblara mane olmaq və daxili qat isə rütubətin qarşısını almaq üçündür.
  • Birdəfəlik tibbi maskalar 1-2 saat ərzində istifadə olunmalıdır.
  • Təchizat zamanı ən sonda əlcəkləri geyinirik soyunanda isə birinci əlcəyi çıxarırıq.
  • İnsanlarla ünsiyyət zamanı 1,5-2 metrə qədər məsafəni qoruyuruq.
  • Maska və əlcəklər birdəfəlikdir və onlardan ikinci dəfə istifadə etmək olmaz.
  • Salamlaşan zaman əl tutmayın və öpüşüb-görüşməyin.
  • Əlimizlə T-zonaya ( gözlər, ağız və burun) toxunmamalıyıq.
  • "Çin virusu", "gətirilən virus", "Vuhan virusu", "Asiya virusu" deməməliyik, yeni koronavirus, yaxud (covid-19) deməliyik.
  • Hazırda Marneuli bələdiyyəsində 37 könüllü qeydiyyatdan keçib və onların sayı hər gün artır. Könüllülərin səfərbər edilməsi yerli özünüidarəyə yaşlı adamlara yardım etmək üçün lazım gəlib. Onlar yaşlılara dərman və başqa ilkin istifadə məhsulları ilə təmin olunmada, eləcə də başqa işlərdə yardım edəcəklər.
"Könüllülük ümumiyyətlə məsuliyyətli işdir. Bugünkü vəziyyətdən irəli gələrək mənim qərarıma gəldikdə isə deyim ki, bu hamımızın borcudur, pandemiya ilə birgə mübarizə aparaq. Hər növ məbləğdən və hesabdan kənar. #evdə qal", – könüllülərdən biri, Baçi Saqinadze deyir.

Meriya könüllülərinin qeydiyyat forması:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfE0G5RgaeAVi80C8QQi5SwPvUrE5SRdN_EAa8zIsMA74TGHg/viewform?fbclid=IwAR0gX6wLxVp0nV7iUzZBzzEDo1DMchIGg8WlDQJOigPxPHoDDqJC4Up1sCg

Müəllif: Edqar Mazmanyan
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google