Koronavirus kənd sakinlərinə necə təsir edir?
Marneuli və kəndlər arasında hərəkət edən bütün növ ictimai nəqliyyat vasitələrinə məhdudiyyət qoyulması Aşağı Saral kənd sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Sakinlər deyirlər ki, kənddə hər kəsin avtomobili yoxdur və onlar öz ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər.

Aşağı Saral kəndinin sakini Seyfəddin Əliyevin sözlərinə görə, dərman almaq üçün o Marneuliyə getməlidir. İndi isə bütün nəqliyyat vasitələrinin dayandırılması əhali üçün böyük problemdir.

“Biz yaşlı insanlarıq, həyat yoldaşımla tək yaşayırıq. Həyat yoldaşımın tez-tez təzyiqi qalxır, kənddə aptek olmadığına görə Marneuliyə getməli oluram”, – 65 yaşlı Seyfəddin Əliyev dedi.

“Tək yaşayan insanlar ərzaq və digər ehtiyaclarını almaq üçün Marneuliyə yollanırlar. Nəqliyyatın dayandırlması isə ən çox kənddə yaşan insanlara təsir edir”, – Əmirxan Qaracayev dedi.

Qeyd edək ki, bu vəziyyət xüsusilə kəndin yaşlı sakinləri üçün çətinlik yaradır.

Müəllif: Kübra Qaracayeva
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google