Gürcüstanda koronavirusa yoluxanların sayı 47 nəfərə qədər yüksəldi
Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 47 nəfərə qədər yüksəlib. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanmış məlumata görə, 1966 nəfər karantində, 259 nəfər isə stasionar nəzarət altındadır.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxan 47 nəfərdən bir nəfəri artıq sağalıb.
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google