Marneulidə koronavirusa yoluxmuş şəxsin Azərbaycanda olduğunu gizlədiyi güman olunur
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Geo Hospitals”ın kliniki direktoru verib və bildirib ki, həkimlər onun Azərbaycanda olması barədə məlumatı yaxınlarından alıblar.

Yoluxmuş şəxs özü isə bu məlumatı gizləyib.

Marneulidə koronavirusa yoluxmuş şəxslə təmasda olan 86 nəfər müəyyən edilib. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze “Pirveli” kanalı ilə söhbəti zamanı deyib.

Marneulidə koronavirusa yoluxma halı bu gün, 22 mart tarixində qeydə alındı. Həmin şəxs “Geo Hospitals” klinikasında müalicə olunurdu. Hazırda o, Qori xəstəxanasına aparılıb.

"Marneuli" Radiosu
Print