Marneuli bələdiyyəsinin Tamarisi
kəndində yaşayan Dalakadzelər ailəsinin öz çörək sexi var və iki
gün ərzində pulsuz çörək paylayacaqlar.
Onlar karantin rejimində və ağır vəziyyətdə həmkəndlilərinə bu
formada dəstək göstərmək istəyirlər.
“Bir ildən artıqdır ki, həmkəndlilərimə xidmət göstərirəm. İndi
Marneuli nə vəziyyətdədir bilirsiniz, istəyirəm ki, kiçik də olsa
dəstəyimi göstərim və nə bacarıramsa, onu edim”, –
Davit Dalakişvili deyir.
Bu gün, Davitin anası 120 çörək bişirib və hamısını paylayıb. Günün
sonuna qədər bu qədərini yenə bişirməyi düşünürlər. Karantin
rejiminə keçən ilk gündən Tamarisidə hər ailə beşə qədər çörək ala
bilib.
Davit un ehtiyatının az olmasına görə narahatdır və ola bilsin
Marneulidə ciddiləşdirilmiş karantin rejiminə görə artıq un gətirə
bilmədilər. Əgər un ehtiyatını təmin edə bilsələr, başqa günlərdə
də çörəyə güzəştli qiymət qoymağı düşünürlər.
“Lazım olan halda ən ucuz qiymətə belə almaq imkanı
olmayanlara yenə də pulsuz veriləcək”.
Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu
haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat
00:30-da baş tutan brifinqdə bildirib. Hökumət bu qərarı Marneulidə
bir qadında koronovirus halının təsdiqlənməsinə görə qəbul edib və
onun yoluxma mənbəyi müəyyən edilməyib.
"Marneuli" Radiosu