Həmkəndliləri üçün pulsuz çörək – Mareulili ailənin karatın rejimində göstərdiyi dəstək
Marneuli bələdiyyəsinin Tamarisi kəndində yaşayan Dalakadzelər ailəsinin öz çörək sexi var və iki gün ərzində pulsuz çörək paylayacaqlar. Onlar karantin rejimində və ağır vəziyyətdə həmkəndlilərinə bu formada dəstək göstərmək istəyirlər.

“Bir ildən artıqdır ki, həmkəndlilərimə xidmət göstərirəm. İndi Marneuli nə vəziyyətdədir bilirsiniz, istəyirəm ki, kiçik də olsa dəstəyimi göstərim və nə bacarıramsa, onu edim”,
– Davit Dalakişvili deyir.

Bu gün, Davitin anası 120 çörək bişirib və hamısını paylayıb. Günün sonuna qədər bu qədərini yenə bişirməyi düşünürlər. Karantin rejiminə keçən ilk gündən Tamarisidə hər ailə beşə qədər çörək ala bilib.



Davit un ehtiyatının az olmasına görə narahatdır və ola bilsin Marneulidə ciddiləşdirilmiş karantin rejiminə görə artıq un gətirə bilmədilər. Əgər un ehtiyatını təmin edə bilsələr, başqa günlərdə də çörəyə güzəştli qiymət qoymağı düşünürlər.

“Lazım olan halda ən ucuz qiymətə belə almaq imkanı olmayanlara yenə də pulsuz veriləcək”.




Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə keçib. Bu haqda Gürcüstanın Baş naziri Qiorqi Qaxaria 23 mart tarixində saat 00:30-da baş tutan brifinqdə bildirib. Hökumət bu qərarı Marneulidə bir qadında koronovirus halının təsdiqlənməsinə görə qəbul edib və onun yoluxma mənbəyi müəyyən edilməyib.

"Marneuli" Radiosu
Print
თეგები: covid-19