Gürcüstanda koronavirusa yoluxanları sayı artdı
Gürcüstanda koronavirusa yoluxanların sayı iki nəfər artaraq 77 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanmış məlumata görə, 4055 nəfər karantində, 252 nəfər isə stasionar nəzarət altındadır.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxan 75 nəfərdən 10 nəfəri artıq sağalıb.
Print
თეგები: covid-19